Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • Bu agentliyə yeni icraçı direktor təyin olundu
  • Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
  • Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
  • İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
  • Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
  • Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
  • Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
  • Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
  • ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
  • Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
  • “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
  • Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
  • Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
  • Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
  • DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
  • Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
  • Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
  • Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
  • Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Dünyanın axırı çatmayıb hələ...” - Rəfail İncəyurdun şeirləri

  • Tarix: 22-04-2026, 08:31

Mediaxeberleri.Az portalının “Yurdumun adını ucaldanlar” layihəsində şeir vaxtıdır, sizlərə Rəfail İncəyurdun şeirlərini təqdim edirik:   


Özünə eləyir kim nə eləsə


Adamın əməli bumeranq kimi
Özünə qayıdır nizamla, sayla.
Özünə qayıdır tutub-qoyduğu,
Qayıdır quruyla, havayla, suyla.
Nə var yamanlığa, pisliyə nə var,
Kərən dığırlamaq bir içim sudu.
Hyandan başlayıb hayana getmək
Gedənin öz işi, öz arzusudu.
Sözümün canı da budu, xülasə,
Özünə eləyir kim nə eləsə.
Budağı göstərər kökdə olanı,
Əslin də, nəslin də sözü var onda.
Fələk də əyəmməz gen əyənləri
Yeddinci dönəmin özü var onda.
Balası görəcək bir gün xeyrini
Adamın xilqətə örnəyi varsa.
Allah bircə-bircə qoyub ovcuna
Özünə verəcək hər nəyi varsa.
Bir az geci-tezi olsa da, nəsə,
Özünə eləyir kim nə eləsə.
Olub, olacaqdır yuxarı başda
Öz halal işinin başında olan.
Bunu mən demirəm, atalar deyir:
-Çıxar qaşığına aşında olan.
Könlümdən keçənlər olmursa, demək,
Ruhumda olanlar içimdə deyil.
Birinə “hər” olan, birinə “heç”di,
Heç kim eyni boyda-biçimdə deyil.
Qardaş, mən beləym, sən də eləsən,
Özünə eləyir kim nə eləsə.
Dağın zirvəsinə ayağı dəyməz,
Gözünə durursa təpə adamın.
Bir yetim uşağın hoyuna çatmaq
gərək ürəyindən təpə adamın.
Yəqin hamı bilir dediklərimi,
Yoxdu bu şeirdə yenilik, əlbət.
Sadəcə, bir daha xatırladıram:
Axıra nə qalır?
-Hörmət, ya lənət.
Odur ki, mətləbi edirəm kəsə,
Özünə eləyir kim nə eləsə.


AXI


Qınaya bilmərəm daha heç kimi,
Candakı qorxudu haqqın qənimi.
Mənim kitablarım mənim dənimi
Hələ ürəyimcə üyütmür axı.
Ürək qoymalıdı qəm şərikləri
Keçib getmək üçün o gədikləri.
Bu zalım dünyanın elədikləri
Dünyanı gözümdə böyütmür axı.
Mən sözə vermişəm könül varımı,
Daha Allah bilər bundan anrını.
İnciyən ruhumun ağrılarını
Dünyanın məlhəmi keyitmir axı!


Gecə


Gecənin ortası göyə çəkilib,
Qılıq eləyirəm yuxuya yenə.
Arvad da oyanmır “bismillah”- deyib
Bir yuxu duası oxuya yenə.
Yaddaşın şitəngi tərəfi artır,
Yuxu dağılanda xatalı kimi.
Təbin də babatı özünü dartır,
Ağrıya-acıya butalı kimi.
Köhnə kasetlərə istədim baxım,
Bəlkə, fikrim aza toyda-büsatda.
Türməyə oxşadı birdən otağım,
Saata baxmaqdan bezdi saat da.
Bir zaman yanlışa yol verən xəta
Beynimə doluşub, yaram hoylanır.
Ancaq bilirsən ki, hər nə olsa da,
Qapının dalından səhər boylanır.
...Getdisə, geriyə qayıtmaz köçü,
Ha sayım yüz minə, milyona kimi.
Ancaq bu şeiri qoparmaq üçün
Mən də dirəşəcəm lap sona kimi.


NİYYƏT


Allah xalqı düzəlməyən yanlışın
Sağalmayan xətərindən qorusun.
Qoymaz ötə o şeytanlar həddini
Adamı öz qədərindən qorusun.
Düz yeriyib bu yollara gələk tən,
Gərək keçə görülən iş ələkdən.
Yorulanda gileylənmə fələkdən,
Şükr elə ki, betərindən qorusun.
...Hər yaz çıxsın torağaylar qabağa,
Çox yaraşır “cəh-cəh” dolu xor bağa.
İncəyurdun istəyini torpağa 
Məhəbbətlə ötürən dən qorusun!


Dünyanın axırı çatmayıb hələ
Təlqin
Ürəkdə gözlənti bəsləyiriksə,
Sidq ilə inanmaq istəyiriksə,
Əl açıb Allahı səsləyiriksə,
Dünyanın axırı çatmayıb hələ.
Nə sevda əbəsdi, nə coşqu əbəs,
Bir ayrı həvəsdi, vallah, bu həvəs.
Göylər görünürsə, gəlirsə nəfəs,
Dünyanın axırı çatmayıb hələ.
İlahi sevgilər kəsib yolunu,
O məsum bəndələr ləngidir onu.
Yox, hələ görünmür, bilinmir sonu,
Dünyanın axırı çatmayıb hələ.
Gördükcə gülüşən tər cocuqları,
Sanki, yaddan çıxır can uçuqları.
Deyir qızılgülün tumurcuqları: 
-Dünyanın axırı çatmayıb hələ.
Zalım sərnişinlər düşür qatardan,
Kimsələr gələcək kim bilir hardan.
Hələ keçməmişik sonuncu turdan,
Dünyanın axırı çatmayıb hələ.
Tanrım! Səndən uca yoxdusa heç kim,
Duam hara getdi? Necoldu ərkim?..
İndi nə deyirsən? Mən deyirəm ki,
Dünyanın axırı çatmayıb hələ.
...Bir yanda olacaq, bir yanda olan,
Təntiyib yozuma yalvarır güman.
Axırın mübarək, a gözəl yalan – 
Dünyanın axırı çatmayıb hələ.

Oxunub: 542
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:41 | Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Bu gün, 20:39 | Bu agentliyə yeni icraçı direktor təyin olundu
    Bu gün, 20:08 | Bakıda qarlı havalara görə milyonluq hazırlıqlar başladı
    Bu gün, 20:07 | Uşaqların bağırsaq sağlamlığını belə qoruyun
    Bu gün, 20:05 | İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək
    Bu gün, 19:45 | Sabah paytaxtın iki rayonunda qaz olmayacaq
    Bu gün, 18:48 | Rusiya-Ukrayna müharibəsində yeni müəmma: Sülhə doğru dönüş, yoxsa kapitulyasiya? - Foto
    Bu gün, 18:04 | Bu mərkəzdə autizmli uşağın döyülməsi ilə bağlı cinayət işi başlanılıb
    Bu gün, 17:30 | Ermənistandan azərbaycanlı çobanın sərhədi keçməsinə rəsmi münasibət
    Bu gün, 17:25 | ÇL: Bugünkü oyunlara hansı kanallarda baxaq?
    Bu gün, 16:38 | Kirayə mənzil mexanizmindən istifadə şərtləri dəyişdi - 3 il sonra mümkün olacaq
    Bu gün, 16:35 | “Nərimanov” metrosunun hər tərəfi qazıldı - Foto
    Bu gün, 16:33 | Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
    Bu gün, 16:15 | Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin əziz xatirəsi ehtiramla yad edilib
    Bu gün, 15:55 | Azərbaycanlı çoban Ermənistana necə keçib? - TƏFƏRRÜAT
    Bu gün, 14:14 | DÖVLƏT İŞİ, YOXSA ÖZƏL SEKTOR?... – Hansında maaş yüksək, gələcək daha etibarlıdır?
    Bu gün, 14:11 | Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
    Bu gün, 14:08 | Milyonluq mənimsəmə işi: Sabiq rəis və sektor müdirinə ağır cəza istənildi - Foto
    Bu gün, 14:02 | Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib
    Bu gün, 14:00 | Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi
    Bu gün, 13:53 | Naxçıvanda Cavid Ağaməliyev saxlanıldı - FOTO
    Bu gün, 13:26 | “QHT işi” üzrə ittiham olunan Zamin Zəki yenidən məhkəmə qarşısında
    Bu gün, 13:11 | Rusiyanın qızıl ehtiyatları sürətlə azalır – Səbəb
    Bu gün, 13:09 | Noyabrda 5 günlük tətil olacaq
    Bu gün, 13:08 | Bakıda milyonluq dələduzluq: şirkət rəhbəri saxlanıldı
    Bu gün, 13:07 | Sabah leysan yağacaq
    Bu gün, 08:14 | Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-yə çağırış etdi
    Bu gün, 08:08 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Lill"ə, "Arsenal" "Bavariya"ya qarşı
    Dünən, 22:36 | "Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Video
    Dünən, 21:54 | İmran Əliyevə 12, Elgiz Qəhrəmana isə 11 il iş istənildi
    Dünən, 21:52 | Bu yol bağlı olacaq
    Dünən, 21:50 | "Sabah" - "Borussiya" matçında ikinci qol - Canlı
    Dünən, 20:40 | BP Xəzərdə tikinti işlərinə başladı
    Dünən, 20:36 | "Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı
    Dünən, 20:34 | Şans birdən onlara tərəf dönəcək: üç BÜRC, çox yaxşı dəyişikliklərə hazır olun
    Dünən, 20:20 | Bakıda şadlıq sarayı 12 milyona satışa çıxarıldı
    Dünən, 20:18 | Hörmüzdə neft tankeri yandı
    Dünən, 17:18 | Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq
    Dünən, 16:54 | Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
    Dünən, 16:37 | İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib
    Dünən, 16:30 | Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…
    Dünən, 16:28 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Dünən, 16:20 | Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər
    Dünən, 16:12 | Bu gün pulsuz avtobuslar işləyəcək - Saat 17:00-dan...
    Dünən, 16:10 | Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu
    Dünən, 16:09 | Heyvandarlıq təsərrüfatlarına yeni subsidiyaların verilmə şərtləri açıqlandı
    Dünən, 16:07 | Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut
    Dünən, 16:05 | Prezident sərəncam imzaladı
    Dünən, 15:10 | Qazaxda 20 Oktyabr - Energetiklər Günü qeyd olunub
    Dünən, 14:45 | Sumqayıtda 21 şagirdin nədən zəhərləndiyi məlum oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.