Tovuzda toyda kütləvi dava: bıçaqlanan var
Tovuz rayonunda toy məclisində kütləvi dava olub. Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində baş verib. Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatırlan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir. Faktla bağlı araşdırmalar davam edir.
Oxunub: 43
Xəbəri paylaş
Paylaş:





















