Metropoliten əməkdaşlarının maaş artımı ödənilmir
Metropoliten əməkdaşlarının maaş artımı yanvar ayından indiyə kimi ödənilmir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-də çalışan əməkdaşı müraciət ünvanlayıb. "Artıq il başa çatır, amma bizim almalı olduğumuz artımları vermirlər. Səbəb kimi isə deyirlər ki, ümumi nəqliyyat sistemində heç yerdə maaş artımı ödənilmir. Əgər həqiqətən belədirsə belə o zaman niyə ödənilmir, səbəbi nədir? Bu barədə heç nə deyən yoxdur", - deyə şikayətdə vurğulanır. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Oxunub: 54
Xəbəri paylaş
Paylaş: