"“Qarabağ”ın “Benfica” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!” - CL-in rəsmi səhifəsində PAYLAŞIM
“Qarabağ”ın “Benfica” üzərində qələbəsi UEFA-nın da diqqətindən kənarda qalmayıb. Mediaxeberleri.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının rəsmi feysbuk səhifəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı paylaşım edib. Rəsmi səhifədə “Qarabağ”ın uğurlarının memarının fotosu paylaşılaraq bu sözlər yazılıb: “Qarabağ”ın “Benfica” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!” Qeyd edək ki, ötən gün “Qarabağ” “Benfika”ni səfərdə 3:2 hesabı ilə məğlub edib.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: