Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri

Son xəbərlər :
  • Mətbuat Şurası jurnalistlərə çağırış etdi
  • Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
  • Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
  • “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
  • Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
  • Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
  • Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
  • ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
  • Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
  • Bakı və Sumqayıt sakinləri üçün VACİB XƏBƏR - TƏBİB məlumat yaydı
  • Bu kənddə nar bağı olmayana qız vermirlər -VİDEO
  • Maşını nömrəsiz sürən qazilər həbs olundu
  • Buzovnada xəstəxanadan şikayət: Rentgen kabineti niyə fəaliyyət göstərmir?
  • Azərbaycanda telekommunikasiya şirkətləri birləşdirilir? - RƏSMİ AÇIQLAMA
  • 10 manata satılan kərə yağları - Sağlamlıq üçün nə qədər təhlükəlidir?
  • Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq etdi
  • Elçin Yusubov vəzifəsindən niyə azad edilib?
  • Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü
  • Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
  • Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İçməli su bazarında dövr edən pullar: Zirzəmilərdə doldurulan suları necə müəyyən etmək olar? - ARAŞDIRMA

  • Tarix: 4-09-2025, 12:09

Yayda ən çox tələbat olan və mağazalarda satışa çıxarılan içməli su ilə bağlı şikayətlər gündən-günə artır. Çeşid-çeşid müxtəlif adda satılan suları içən istehlakçıların çoxu bu cür suların insan sağlamlığında hansı fəsadlar törətməsindən xəbərsizdir. Market rəflərini fərqli adlarla bəzəyən suların əslində paytaxtdakı sexlərdə, zirzəmilərdə yerləşən məntəqələrdə doldurulub satışa buraxılması barədə uzun illərdir, məlumatlar paylaşılır. Əhaliyə içirdilən bu cür məhsullar, təəssüf ki, “bulaq suyu” adı altında  təqdim olunur. “Od qiyməti”nə satılması da məsələnin digər tərəfidir.

 

Mediaxeberleri.Az içməli su problemi ilə bağlı araşdırma aparıb.

 

Bir neçə mağaza və marketlərdə keçirilən sorğulardan aydın olub ki, satıcılar içməli suların sexlərdə, qeyri-şəffaf şəraitdə doldurulub “bulaq suyu” adı ilə insanlara sırınmasından məlumatlıdırlar. Hətta məşhur “Sirab”, “Slavyanka”, Damla” və bu kimi brendlərin saxta variantlarının olduğu da yalan məlumat deyilmiş. Məlumatlardan belə aydın olur ki, müxtəlif adlar altında satılan məşhur suların satışda təmiz olanları çox azdır. Belə halda qiymət fərqi də aydın hiss olunur.

 

 

“Sirab” kimi su brendlərinin 5 litrlik plastik bidonlarının çox vaxt ağzına qədər dolu olması da istehlakçılarda bu suyun təmizliyinə şübhə yaradır.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyondan çox insan təhlükəsiz hesab etdiyimiz sular ucbatından zəhərlənərək ölür. Bir il ərzində 1 milyarddan çox insan isə içməli su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur.

 

Uzağa getməyək, elə ölkəmizdəki şikayətlər deməyə əsas verir ki, qablaşdırılmış bir çox içməli suların dadı mətbəx kranından gələn suyun dadından heç də fərqlənmir. Təmizlik baxımından da məsələ acınacaqlıdır. Market rəflərinə nəzər saldıqda görərik ki, “Böyük Qafqaz sıra dağlarının bulaqlarından gələn ekoloji təmiz su” devizi bir çox şirkətlərin etiketində həkk olunub. Araşdırmalarımızdan isə aydın oldu ki, bu devizlə satışa çıxarılan sular aidiyyəti qurumlar tərəfindən araşdırılıb və mərkəzləşdirilmiş su sistemindən gələn suların filtr edilməsi ilə qablaşdırıldığı üzə çıxıb. Təəssüf ki, günümüzdə müxtəlif adda fəaliyyət göstərən içməli su şirkətlərindən evlərə edilən sifarişlər on minlərlədir. Həmin müəssisələrin çoxu qida sahəsində normativ hüquqi aktların tələblərinə cavab vermir, qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözü qeyd olunur, ehtiyat su çəni, filtrləri, qablaşdırma avadanlıqları müvafiq qaydalara uyğun təmizlənmir, mexaniki filtrlər, kömür və qum filtrlərinin dəyişilməsi ilə bağlı qeydiyyatın aparılmasına dair təsdiqedici sənədləri yoxdur. Qida məhsulları ilə təmasda olan avadanlıqların yuyulması üçün nəzərdə tutulmayan kimyəvi maddələrdən istifadə olunur. Bir daha təəssüflə qeyd edirik ki, bu cür su şirkətləri “moyka”lara bitişik, binaların altında, piyada yolunun üstündə, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab vermədən fəaliyyət göstərirlər. Ekspertlər dəfərlərlə çağırış edirlər ki, bu kimi məhsulların satışı dayandırılmalı və şirkət rəhbərləri barəsində müvafiq tədbirlər həyata keçirilməlidir.

 

Problemi mütəxəssislərlə də müzakirə etdik.

 

Kimya elmləri doktoru, professor Məhəmməd Babanlı deyib ki, içməli suyun tərkibində müəyyən intervallar nizamlı olmalıdır:

 

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı: “Əsas vəzifəmiz gənc tədqiqatçıların  dünya elmi səviyyəsinə qalxmasına dəstək verməkdir”

 

“İçməli su nə distillə olunmuş sudur, nə də yağış suyu. Eyni zamanda ağır su olmamalı, çay sularından götürülmüş, xüsusi həddə gətirilərək emal olunmuş su olmalıdır. Təəssüf ki, su problemi bütün dünyada getdikcə kəskinləşən həddə çatıb. Azərbaycanda da artıq içməli su ilə bağlı problemlər yaranır. Məlumdur ki, adi su və içməli su ehtiyatlarımızın əksəriyyəti iki böyük çaydan götürülür. Həmin çaylar isə mənbələrini başqa ölkələrdən götürürlər. Türkiyədən, Gürcüstandan... Orada çayın suyu istifadə olunur, çirklənir. Bu ciddi problemdir, təkcə məişət problemi deyil. Zirzəmilərdə “içməli su” adı ilə doldurulan sularla mübarizə aparmaq lazımdır. Plastik qablara doldurulub satılan sulara inam çox azdır. Onların heç də hamısı standartlara cavab vermir. İçməli suyun tərkibi ilə bağlı müəyyən olunmuş və dünyada qəbul olunmuş dövlət standartları var.  İstehlakçılara satılan içməli sular bu standartlara cavab verməlidir. Bu suların tərkibində komponentlər eyni olmalıdır. Həll olmuş duzlar, kationlar... Elə maddələr olmalıdır ki, insan sağlamlığına ziyanı olmasın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də bu sahəyə nəzarət etməkdir. İçməli sularla bağlı problemi nəzarətdə saxlasınlar”.

 

Qida eksperti Fərid Səfərov da qeyd edib ki, içməli su bazarında həqiqətən də ciddi problemlər mövcuddur:

 

Qlobal problemə çevrilən PİYLƏNMƏ: Qida seçimi ilə bağlı TÖVSİYƏLƏR - Yeni  Çağ

“Problemlərdən biri mənbənin qeyri-müəyyənliyidir. Bəzi qablaşdırılmış və ya sifarişlə gətirilən sularda etiketdə göstərilən bulaq, artezian və ya dağ suyu mənbəyi real olmaya bilər. İnsan sadəcə ad və dizayna aldanır. İstehsalat şəraitinin qeyri-şəffaflığı da əsas məsələdir. Təəssüf ki, bəzən zirzəmidə, nəzarətsiz məkanlarda, sadəcə, kran suyunu filtrləyib qablaşdıraraq satışa çıxarırlar. Bu isə böyük təhlükədir. Laboratoriya yoxlanışının olmaması məsələsi də vacib amildir. Çox nadir hallarda istehsalçı istehlakçıya müstəqil laborator nəticələr təqdim edir. İnsanlar suyun keyfiyyətini necə anlaya bilərlər? Etiketə diqqət etməklə. Etiketdə mənbə göstərilməlidir ki, su doğrudan da artezian quyusu, bulaq və s. suyudurmu. Həmçinin “AZS” və ya beynəlxalq keyfiyyət sertifikatları qeyd olunmalıdır. Tanınmış brendlər istehsal prosesini ictimaiyyətə açıq göstərməlidirlər. Məsələn, zavod ünvanı, laborator test nəticələri saytda olmalıdır. İstənilən istehlakçı su nümunəsini Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş laboratoriyaya aparıb analiz etdirə bilər. Xüsusən, uşaqlar və xəstələr üçün istifadə olunan sudan əmin olmaq vacibdir. Bütün bunların olması üçün dövlət nəzarəti gücləndirilməlidir. Qablaşdırılmış suların hər partiyası mütləq dövlət laboratoriyasında test olunmalı, nəticələr açıq paylaşılmalıdır. Qanunsuz istehsalın qarşısı alınmalıdır. Zirzəmidə, qeyri-qanuni şəraitdə hazırlanan sular üçün ciddi cərimə və məsuliyyət tətbiq edilməlidir. İnsanlara su seçimi qaydaları öyrədilməlidir, yəni maarifləndirmə də vacibdir. Etiket oxumaq, saxlama şəraitinə baxmaq, şübhəli hallarda istifadə etməmək...”.

 

Ekspert bildirib ki, evdə əlavə təhlükəsizlik baxımından sertifikatlı su filtrlərindən istifadə etmək olar: “Belə olduqda, ən azı suyun təmizliyinə nəzarət insanın öz əlində olur. İstehsalçıların şəffaflığı mühüm məsələdir. Şirkətlər də mütəmadi olaraq rəsmi saytda laborator analizlərin nəticələrini paylaşmalıdırlar. Evdə sadə üsullarla da suyun keyfiyyətini yoxlamaq mümkündür. Keyfiyyətsiz su tez özünü büruzə verir. Əgər duzlu, metal dadı, plastik qoxusu varsa, deməli, bu su  içilməməlidir. Keyfiyyətli içməli su tam şəffaf olmalıdır. Bulanıq, çöküntülü, içində kiçik hissəciklər olan su içilməməlidir. Keyfiyyətli su heç bir qoxuya malik olmur. Xlor, pas, plastik və ya çürük yumurta, kükürd qoxusu varsa, bu, suyun təmizlənmədiyini göstərir. Normal içməli su yüngül və xoşagələn dadlı olur. Acı, şor, metal - dəmir, mis kimi dad hiss olunursa, belə suyu içmək təhlükəlidir. Su qaynadıldıqdan sonra dibində ağ təbəqə və ya çöküntü qalırsa, deməli, sərtlik yüksəkdir. Yəni bu suyun tərkibində kalsium, maqnezium çoxdur. Əgər qabın divarında pas rəngli iz qalırsa, onda həmin suda dəmir duzları çox ola bilər. Məsələn, suyu bir az sabunlu su ilə qarışdırın. Əgər köpük az əmələ gəlirsə, deməli, bu su sərtdir, duzlu mineralları çoxdur. Eyni zamanda su şüşəsini soyuducuya qoyun. Keyfiyyətli su donanda tam şəffaf buz əmələ gətirir. Əgər buz bulanıqdırsa, içində hava qabarcıqları və ya çöküntü qalıbsa, bu, qarışıqların çox olduğundan xəbər verir. Ən dəqiq üsul su nümunəsini akkreditasiya olunmuş laboratoriyaya aparmaqdır. Orada mikrobioloji və kimyəvi göstəricilər yoxlanılır. Yəni nəticə belədir ki, insanlar yalnız marka adı ilə yox, mənbə, laborator nəticə və istehsal şəraitinə görə seçim etməlidirlər. Dövlət isə bu sahədə həm nəzarəti gücləndirməli, həm də ictimaiyyəti maarifləndirməlidir”.

 

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirib ki, ölkənin su bazarında problemlər çoxdan var və kəskindir:

 

Elçin Bayramlı: "Bu, Firdovsi Əliyevi kənardan çəkib, gördüyü işi möcuzə,  şou kimi qələmə verənlərin problemidir" - VİDEO Pravda.az

 

“Təsəvvür edin ki, adi şəbəkə suyunu qablaşdırıb, hətta bir çox ərzaq məhsullarından da baha qiymətə camaata satırlar. Böyük biznes qurulub və milyonlarla gəlir var. İnanılmaz vəziyyət yaranıb. Müftə götürülən təbiətin suyu benzindən baha başa gəlir. Suların üzərinə bər-bəzəkli sözlər yazsalar da, məşhur bulaqların adını qoysalar da, hamı bilir, özləri də etiraf edirlər ki, bunlar adi şəbəkə suyudur. Sadəcə böyük filtir aparatlarından keçirirlər. Ucuz başa gəlməsi üçün bu cür filtrləri tez-tez dəyişmədiklərinə görə su uzun müddət saf olmur. Yəni satıldığı qiymətə dəyməz. Suyun təmizliyini yoxlamaq üçün çox üsullar var. Amma əmin olmaq üçün sadə üsul Ph metr aparatıdır. Bu kiçik cihazın satış həyata keçirən qlobal internet satış şəbəkələri var. Cihaz suyun Ph səviyyəsini göstərir. Təəssüf ki, bu cihazla ölçdüyümüzdə çox aşağı göstərici verir. Suyun artıq təbiiliyi qalmayıb. Üstəlik, su plastik qablarda həftələrlə saxlanır və faktiki zəhərlənir. Plastik partikullar tədricən suyun tərkibinə keçir. Beləliklə, su ölü suya çevrilir. Mağazadan içməli su almağın heç bir mənası yoxdur. Bu, pulu çölə atmaq deməkdir. Evdə müxtəlif təmizləyici vasitələrdən, filtr aparatından istifadə etmək daha etibarlıdır. Pambıqdan, daşdan süzülən suyun da kimyəvi tərkibi tam təmizlənmir. Sadəcə, kobud çöküntülər təmizlənir. Suyun tərkibindəki ağır metallar, kimyəvi maddələr, xlor və s. qalır. Düzdür, filtr aparatından keçən su da faydalı minerallar götürüldüyü üçün ölü su sayılır, amma ən azından zərəri neytrallaşdırırıq. Evlərə verilən şəbəkə suyu da çox bərbad vəziyyətdədir. Yalnız bir üsul qalır - kimsə özünə muxtar rayonlardan, kəndlərdən su gətizdirə bilirsə, bunu su saymaq olar. Bakıda təmiz içməli su əldə etmək imkanı konkret sıfıra bərabərdir. Qaynanmış su da effektli deyil, ölü sudur. Beləliklə, ölkənin su bazarında dövr edən milyonlarla manat xalqın cibindən oğurlanmış, aldadılaraq alınan pullardır. Bu suyun heç bir formada insanlara xeyiri yoxdur. Bu pulları batmış saymaq olar. Meyvə-tərəvəz əkənlər necə əziyyətlə məhsul əldə edirlər, il boyu xərc qoyurlar, məhsulun kilosunu sonda 50 qəpiyə satırlar. Su şirkətləri isə heç bir xərc çəkmədən müftə suyu  1 manata satırlar. Südün litri belə 1 manatdır. Su isə hazırda qızıl qiymətinə satılır. İçməli su maya dəyərindən on dəfələrlə yüksək qiymətə satılan məhsul formasına gəlib. Sadəcə müxtəlif bəzəkli adlarla biznes qurublar. Bu suları almağı məsləhət görmürəm. Özüm də heç vaxt almıram”.

 


Oxunub: 370
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:00 | Mətbuat Şurası jurnalistlərə çağırış etdi
    Bu gün, 17:58 | Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
    Bu gün, 17:55 | Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
    Bu gün, 17:51 | “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
    Bu gün, 17:47 | Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
    Bu gün, 17:43 | Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
    Bu gün, 17:40 | Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
    Bu gün, 17:37 | ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
    Bu gün, 16:57 | Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
    Bu gün, 16:48 | Bakı və Sumqayıt sakinləri üçün VACİB XƏBƏR - TƏBİB məlumat yaydı
    Bu gün, 16:29 | Bu kənddə nar bağı olmayana qız vermirlər -VİDEO
    Bu gün, 16:27 | Maşını nömrəsiz sürən qazilər həbs olundu
    Bu gün, 16:06 | Buzovnada xəstəxanadan şikayət: Rentgen kabineti niyə fəaliyyət göstərmir?
    Bu gün, 16:05 | Azərbaycanda telekommunikasiya şirkətləri birləşdirilir? - RƏSMİ AÇIQLAMA
    Bu gün, 16:04 | 10 manata satılan kərə yağları - Sağlamlıq üçün nə qədər təhlükəlidir?
    Bu gün, 16:02 | Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq etdi
    Bu gün, 16:00 | Elçin Yusubov vəzifəsindən niyə azad edilib?
    Bu gün, 15:58 | Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü
    Bu gün, 14:12 | Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
    Bu gün, 14:02 | Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
    Bu gün, 13:57 | MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
    Bu gün, 13:54 | Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
    Bu gün, 13:47 | BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA
    Bu gün, 13:42 | Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
    Bu gün, 13:28 | Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
    Bu gün, 13:04 | Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
    Bu gün, 13:02 | Sabah Bakıya yağış yağacaq
    Bu gün, 13:01 | Mühafizəçi işlədiyi şirkəti qarət etdi
    Bu gün, 12:20 | Prezident yeni icra başçısı təyin etdi
    Bu gün, 09:31 | İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
    Bu gün, 09:20 | Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır
    Bu gün, 09:10 | Bu gündən varlanmağa başlayacaq BÜRCLƏR
    Bu gün, 09:08 | Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
    Bu gün, 09:04 | Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Bu gün, 09:00 | Netanyahu "Mossad"a İranla bağlı əmr verdi - Foto
    Bu gün, 08:50 | Universitet müəllimi intim görüş zamanı öldü
    Bu gün, 08:35 | Avropa küçələrində Ermənistana etiraz
    Bu gün, 08:18 | Cəbrayılda avtomobil aşdı, sürücü öldü
    Bu gün, 08:15 | Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı
    Bu gün, 08:10 | Avropa Liqasında III tur həyəcanı: "Milan", "Yuventus" və "Beşiktaş" sınaq qarşısında
    Bu gün, 08:04 | Qadınlarda, kişlərdə ət xal, ziyillər varsa... - Sonu xərçəng olan xəstəliklər - MÜSAHİBƏ
    Bu gün, 07:55 | Azərbaycana təhqir yağdıranların İP-i... - Sübut edildi
    Bu gün, 07:50 | Eyni anda bir neçə iş görmək məhsuldarlığı niyə aşağı salır? - Mütəxəssis məsləhəti
    Bu gün, 07:48 | Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
    Bu gün, 07:10 | Trombdan qorunmaq üçün səhərlər bunu edin
    Dünən, 23:34 | İsrail qırıcıları İrana doğru... - Hücum, yoxsa “təlim”?
    Dünən, 23:28 | Evinin "kupça"sı olmayanlara şad xəbər
    Dünən, 23:26 | Fəhlələr pullarını ala bilmirlər - VİDEO
    Dünən, 23:22 | Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
    Dünən, 23:18 | Qardaşdan gözlənilməyən sözlər: Azərbaycan xalqının incikliyi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.