Bu halda işsizlikdən sığorta ödənişi ala bilərsiniz...
“İşsizlikdən sığorta ödənişi yalnız müəyyən hallarda verilir”. Bu fikirləri hüquqşünas Ramil Süleymanov açıqlamasında səsləndirib: Alınan pulun geri qaytarılmaması nə zaman dələduzluq sayılır? - Hüquqşünas rəyi “Belə ki, iş yeri bağlandıqda və ya işçi ixtisara düşdükdə əmək müqaviləsinə xitam verilən şəxslər 6 ay ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Məşğulluq Agentliyinin yerli şöbəsinə müraciət etməklə bu ödənişi ala bilərlər”. Onun sözlərinə görə, ilk növbədə həmin şəxsə iki ay müddətində əvvəlki əmək haqqının 80 faizi ödənilir. Daha sonra isə 4 ay ərzində orta aylıq əmək haqqı təqdim olunur. “Əgər işsiz vətəndaşa Məşğulluq Agentliyi tərəfindən işə göndəriş verilibsə, o, yalnız bir dəfə imtina etmək hüququna malikdir. İkinci dəfə imtina edildikdə isə bu, şəxsin işləmək istəməməsi kimi qiymətləndirilir və növbəti aydan işsizlik müavinəti dayandırılır”, – deyə hüquqşünas əlavə edib.