6 ha əkin sahəsini yandırdı: məsuliyyətə cəlb olundu
Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın törədən şəxsi polis saxlayıb. Bu barədə Mediaxeberleri.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb. N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: