"Mərkəzi Park"da 2 yaşlı uşaq quyuya düşdü - Foto
Bakıda "Mərkəzi Park"da 2 yaşlı uşaq açıq qalan kanalizasiya quyusuna düşüb. Mediaxeberleri.Az Bakı.vs-yə istinadən xəbər verir ki, bu barədə uşağın ailə üzvləri məlumat yayıb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilib. Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan yaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib. İddiaya görə, kanalizasiya quyusunun lyükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: