Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • 7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
  • Agstafada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
  • Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
  • Qazaxda V İdman Festivalı keçiriləcək
  • Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib (VİDEO)
  • Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
  • Azərbaycan onu Özbəkistana təhvil verdi
  • Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
  • Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
  • Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
  • Bu qurumlara dair 3 ay tələbi götürüldü
  • Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq
  • DSMF-nin hesabladığı 10 milyard manatlıq öhdəlik hökümətlə razılaşdırılmayıb
  • Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
  • Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...
  • Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
  • Bu komitənin sədrinin müavinlərinin sayı artırıldı
  • Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar - "Kapital Bank"dan şikayət
  • "Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir"
  • Antibiotiklər psixi sağlamlığa necə təsir edir?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ÖDƏNİŞLİ İXTİSASLARA QƏBUL OLAN TƏLƏBƏLƏR NƏ EDƏCƏK? – "Bu kreditlərin əhatə dairəsi genişləndirilməlidir..."

  • Tarix: 26-08-2025, 08:57

“Bu olmasa təhsil hamı üçün əlçatan olmalıdır prinsipi kağız üzərində qalacaq”

Məlum olduğu kimi, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb. Bu il müsabiqədə 88 756 nəfər iştirak edib. Onlardan 57 236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olunanların 27 956 nəfəri (o cümlədən 1728 subbakalavr) dövlət sifarişi əsasında, 29 280 nəfəri (o cümlədən 4733 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, qəbul nəticələrinin açıqlanmasından qısa müddət əvvəl 2025–2026-cı tədris ilində bəzi ixtisas qrupları üzrə bir sıra universitetlərdə illik təhsil haqları artırılıb. Məsələn, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda ödəniş 2400 və 3200 manat aralığında, Azərbaycan Dövlət Pedaqoji Universitetində ödəniş 2400 manata, Azərbaycan Dillər Universitetində 2500 manata, Bakı Slavyan Universitetində isə 2000 manata yüksəlib. Qiymət artımı xüsusilə Politologiya, Kitabxanaçılıq və informasiya fəaliyyəti, Filologiya (ərəb, fars, türk dilləri), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Beynəlxalq münasibətlər ixtisaslarında müşahidə olunub.

Ali məktəblərdə ödənişli yerlərin çoxluğu və təhsil haqqının artması fonunda Tələbə Təhsil Kredit Fondu (TTKF) tərəfindən tələbələr üçün təqdim olunan imkanlar yenidən gündəmə gəlib. Məlumat üçün qeyd edək ki, fond 2021-ci ildən fəaliyyət göstərir və əsas məqsədi gənclərin ali təhsilə daha rahat və əlçatan şəkildə daxil olmasını təmin etməkdir. TTKF tələbələrə iki növ kredit təqdim edir – sosial kreditlər və kommersiya kreditləri. Sosial kreditlər daha çox aztəminatlı ailələrdən olan gənclərə yönəlib və onların təhsil haqqını ödəməkdə kömək edir. Kommersiya kreditləri isə digər tələbələr üçün əlverişli ödəniş şərtləri ilə təqdim olunur.

Bəs maraqlıdır, fond bütün tələbələr üçün əlçatan sayıla bilərmi və onların ehtiyaclarını nə dərəcədə qarşılayır?



Bu barədə təhsil eksperti Kamran Əsədov “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycan ali təhsilində təhsil haqları reallıqdan çox uzaqdır: “Qəbul nəticələri göstərir ki, plan yerlərinin böyük əksəriyyəti dolur. Bu isə aztəminatlı ailələrin övladlarının yalnız ödənişli əsaslarla oxumaq şansı ilə üz-üzə qalması deməkdir. Dövlət Tələbə Təhsil Krediti Fondu belə tələbələr üçün nəzərdə tutulsa da, faktiki vəziyyət onun əlçatanlıq səviyyəsinin aşağı olduğunu sübut edir. Statistikaya görə, bu fond vasitəsilə təhsil kreditlərindən yararlanan tələbələrin payı cəmi 11–12 faizdir. Yəni hər 100 tələbədən yalnız 10–12 nəfər bu imkandan istifadə edə bilir. Bu göstərici inkişaf etmiş ölkələrdəki təcrübə ilə müqayisədə çox aşağıdır. Məsələn, ABŞ-də bakalavr pilləsində oxuyan tələbələrin 65 faizdən çoxu tələbə krediti götürür, Almaniyada isə təhsil pulsuz olsa da, “BAfÖG” adlı xüsusi dəstək proqramından tələbələrin təxminən 25–30 faizi yararlanır. Azərbaycanda isə göstəricinin 12 faizdən yuxarı qalxmaması kreditin şərtlərinin, mexanizminin və ictimai məlumatlandırmanın yetərli olmadığını göstərir.”

Ekspert qeyd edir ki, əsas səbəblərdən biri kreditin alınmasının çoxsaylı bürokratik tələblərlə müşayiət olunmasıdır: *“Valideynin gəlir arayışları, sosial status sənədləri, zəmanətlər və digər prosedurlar bir çox ailələr üçün maneə yaradır. Bundan başqa, kreditin şərtləri hər kəs üçün eyni deyil. Məsələn, güzəştli kreditlər yalnız müəyyən sosial qruplara – aztəminatlı ailələrə, şəhid övladlarına, əlilliyi olan tələbələrə – təqdim edilir. Digər tələbələr isə kommersiya şərtləri ilə kredit götürməli olur. Bu isə faiz dərəcələrinə görə ailələr üçün əlavə yük deməkdir. Təhsil haqqının artması isə problemi daha da dərinləşdirir. Bir sıra universitetlərdə, xüsusilə də özəl ali məktəblərdə illik ödəniş 5000–6000 manata qədər yüksəlib. Dövlət universitetlərində də ödənişlər mərhələli şəkildə artırılıb. Bu şəraitdə təhsil kreditinin sadəcə mövcud olması kifayət deyil, onun real əlçatan olması vacibdir. Əgər yalnız tələbələrin 12 faizi bu imkandan yararlana bilirsə, deməli, fondun əsas missiyası yerinə yetirilmir.”

K. Əsədovun sözlərinə görə, fond tərəfindən edilə biləcək güzəştlərlə bağlı bir neçə istiqamət xüsusi vurğulanmalıdır : “Birincisi, müraciət prosedurları sadələşdirilməlidir. Tələbədən onlarla sənəd istənilməsi onun müraciətini çətinləşdirir və çoxlarını prosesdən uzaqlaşdırır. İkincisi, güzəştli kreditlərin əhatə dairəsi genişləndirilməli, yalnız sosial statusa görə deyil, ailənin real maliyyə vəziyyətinə görə də qiymətləndirmə aparılmalıdır. Üçüncüsü, kreditlərin faiz dərəcələri daha aşağı salınmalı, bəzi hallarda isə sıfır faizlik uzunmüddətli ödəniş imkanı təqdim edilməlidir. Dünya təcrübəsində tələbə krediti məhz gələcək əmək fəaliyyətinə uyğun olaraq geri qaytarıldığı üçün tələbəyə əlavə yük yaratmır. Azərbaycanda isə kredit qaytarma mexanizmi daha sərt olduğundan tələbələr buna yanaşmağa çəkinirlər.”

“Nəticə etibarilə, Təhsil Tələbə Krediti Fondu tələbələrin təhsil imkanlarını genişləndirmək üçün yaradılıb, amma hazırkı statistik göstəricilər onun hələ də məqsədinə tam xidmət etmədiyini göstərir. Əgər fondun əhatə dairəsi genişlənməsə, prosedurlar sadələşdirilməsə və faiz yükü azaldılmasa, təhsil haqqının davamlı artımı fonunda daha çox tələbə təhsildən kənarda qalacaq. Elm və Təhsil Nazirliyi bu istiqamətdə ictimai müzakirələr açmalı, konkret planlar təqdim etməli, fondu sadəcə formal qurum kimi deyil, həqiqi sosial dəstək mexanizmi kimi fəaliyyət göstərməyə məcbur etməlidir. Əks halda, “təhsil hamı üçün əlçatan olmalıdır” prinsipi kağız üzərində qalacaq*, – deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 835
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:02 | 7603 ÖLÜM, MİNLƏRLƏ YARALI... – Azərbaycan yollarında nə baş verir? + DƏHŞƏTLİ STATİSTİKA
    Bu gün, 00:40 | Agstafada yol-nəqliyyat hadisəsi baş verib - VİDEO
    Dünən, 22:21 | Qazaxda ağır qəzada ölənlərin sayı artdı: Həlak olan ata və azyaşlı qızının fotosu
    Dünən, 20:46 | Qazaxda V İdman Festivalı keçiriləcək
    Dünən, 20:10 | Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 5 ölü var+Yenilənib (VİDEO)
    Dünən, 18:04 | Mənzil almaq istəyənlərə xəbərdarlıq... – “Bu hal risklidir”
    Dünən, 18:02 | Azərbaycan onu Özbəkistana təhvil verdi
    Dünən, 18:01 | Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
    Dünən, 17:38 | Sənədsiz ev alanların üzləşdiyi təhlükə - Ekspertdən xəbərdarlıq
    Dünən, 17:33 | Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı
    Dünən, 17:31 | Bu qurumlara dair 3 ay tələbi götürüldü
    Dünən, 17:27 | Bu imtahan ləğv edildi, ödəniş geri qaytarılacaq
    Dünən, 16:18 | DSMF-nin hesabladığı 10 milyard manatlıq öhdəlik hökümətlə razılaşdırılmayıb
    Dünən, 16:12 | Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
    Dünən, 16:11 | Şahruddindən millini ifşa edən qalmaqallı açıqlama...
    Dünən, 16:08 | Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
    Dünən, 14:34 | Bu komitənin sədrinin müavinlərinin sayı artırıldı
    Dünən, 14:18 | Kreditə görə anama zəng edib psixoloji təzyiq yaradırlar - "Kapital Bank"dan şikayət
    Dünən, 14:05 | "Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir"
    Dünən, 14:02 | Antibiotiklər psixi sağlamlığa necə təsir edir?
    Dünən, 13:58 | Günel Qədimova vəzifəyə təyin olundu
    Dünən, 13:56 | Bakıda temperatur 21 dərəcəyə yüksələcək
    Dünən, 12:40 | Mehdiyevin qızının vəkili niyə həbs edilib? – Şok detallar
    Dünən, 12:39 | Bu cərimələr 150 faiz artırılır
    Dünən, 12:37 | Azərbaycanda 10 manatlıq bu rüsum ləğv edilir
    17-11-2026, 21:30 | DİQQƏT! Sabahdan bu avtobuslarda gedişhaqqı 70 qəpik olacaq - RƏSMİ
    17-11-2026, 21:25 | Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərdə aparılan abadlıq işlərinə yerində baxış keçiriblər
    17-11-2026, 20:29 | Qazaxda 2026-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar rayonun kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib
    17-11-2026, 20:20 | “Böyük Qayıdış” davam edir: Ağdam, Füzuli və Xocavənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar
    17-11-2026, 19:53 | Vətən müharibəsi şəhidi gizir Anar Nağıyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    17-11-2026, 19:39 | Deputat: "Vətəndaşın əlilliyi ləğv olunmazdan əvvəl işlə təminatı məsələsinə də baxılmalıdır"
    17-11-2026, 13:43 | Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
    17-11-2026, 13:40 | Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara rəsmi cavab
    17-11-2026, 13:38 | Azərbaycanda avtomobil qəzalarının dəhşətli statistikası: 500 ölü, 640 yaralı
    17-11-2026, 12:34 | Türkiyə-Azərbaycan savaşı? - Fazil Mustafa təhqir etdi
    17-11-2026, 12:33 | İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?
    17-11-2026, 12:32 | İnternet 3 ay olmayacaq, banklardakı pullar silinəcək?
    17-11-2026, 09:27 | Qaxda 125 ağac kəsərək nazirliyə 34 minlik zərər vuran şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
    17-11-2026, 09:25 | Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
    17-11-2026, 09:20 | Yeniliyin və inkişafın ünvanı : Qazax
    17-11-2026, 09:13 | 48 yaşlı Samirənin həyatına son qoyan divar: “Malasız üst-üstə yığıblar” - Video
    17-11-2026, 09:09 | UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur: Bu gün hansı oyunlar keçiriləcək?
    17-11-2026, 09:01 | Azərbaycana sərt qış gəlir: bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
    17-11-2026, 08:19 | Abbasov millinin qələbəsini şərh etdi: Bunlar məni sevindirir
    17-11-2026, 08:12 | "ChatGPT" boşanmalara səbəb olmağa başlayıb
    17-11-2026, 08:10 | Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - İki nəfərin müəmmalı ölümündə yeni detallar
    17-11-2026, 08:05 | "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı - Video
    17-11-2026, 07:56 | Gənc yaşda böyrək xərçəngini necə müəyyən etmək olar?
    17-11-2026, 07:30 | Həkim qəfil tərləmənin qeyri-adi səbəblərini açıqladı
    17-11-2026, 07:28 | CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.