MİQ üzrə 1000-ə yaxın vakant yer birləşdirilib
MİQ üzrə müsabiqənin müsahibə mərhələsində 4 minə yaxın namizədin iştirak etməsi nəzərdə tutulub. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, müsabiqənin digər mərhələsi 22 avqustda həyata keçiriləcək: "Bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir". N. İsmayılbəyli qeyd edib ki, birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır, bu vakant yerləri müxtəlif regionları əhatə edəcək.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: