Mediaxeberleri.az
    
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?

Son xəbərlər :
  • Azərbaycanlı akrobatlar dünya çempionu oldular
  • Heç vaxt müflis olmayacaq BÜRCLƏR
  • Leysan, dolu və sulu qar yağacaq- XƏBƏRDARLIQ
  • Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
  • Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı"
  • Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
  • Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
  • İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/VİDEO
  • "Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub - FOTO/VİDEO
  • İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"
  • Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • Millətlər Liqasında böyük oyun günü: İngiltərə İspaniyaya qarşı
  • Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"
  • Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident
  • Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...
  • Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...
  • Qaradağda vulkan püskürdü
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə

  • Tarix: 4-08-2025, 21:50

Nadir Azməmmədov: “Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər”

Əməkdar mədəniyyət işçisi Nadir Azməmmədov təpədən-dırnağacan kino adamıdır. Ömrünün çox hissəsi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının pavilyonlarında, çəkiliş meydançalarında, dəhlizlərində, montaj otaqlarında keçib. Rejissor assistenti, ikinci rejissor, rejissor kimi filmlərimizin istehsalında yaxından iştirak edib, aktyor olaraq irili-xırdalı rollara çəkilib. Görkəmli sənətkarlarla çiyin-çiyinə çalışıb, həyatda dostluq edib.

Reyting.az xatırladır ki, N. Azməmmədovun rejissor assistenti olduğu “Qanlı zəmi” və “Yaramaz” filmləri Dövlət mükafatlarına layiq görülüb. Lakin təəssüf ki, quruluşçu rejissor kimi bədii ekran əsəri yaratmaq müxtəlif səbəblərdən Nadir müəllimə nəsib olmayıb. Ona görə də hesab edir ki, həm özü, həm də bu sənətdəki bir çox nəsildaşları yaradıcılıq potensiallarını tam realizə edə bilməyiblər.

- Nadir müəllim, “Azərbaycanfilm” kinostudiyası sizin təkcə iş yeriniz yox, həm də təhsil aldığınız bir məkan olub. Azsaylı sənət adamlarındansınız ki, ali məktəbdən əvvəl kinostudiyadakı aktyor kurslarında oxumusunuz. Yəqin ki, “Azərbaycanfilm”ə gəldiyiniz ilk günlər yaxşı yadınızdadır...

- Əlbəttə yaxşı xatırlayıram, axı bu məsələ təsadüfən alınan bir iş deyildi ki, yaddan çıxsın. Əksər yaşıdlarım kimi kinonun sehrinə düşmüşdüm, bu sahə ilə maraqlanırdım. Bu maraq da məni 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyasına gətirdi. Görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Ədil İsgəndərov kinostudiyanın nəzdində aktyorluq kursu açmışdı, özümü sınamaq üçün müraciət etdim və nəticədə kursa qəbul olundum. Ədil müəllim özü, rejissor və aktyor Əbdül Mahmudbəyov kursun tələbələrinə bu sənətin sirlərini öyrətməyə başladı. Hələ onda heç ali təhsilim də yox idi, yalnız bir il sonra o vaxt İncəsənət İnstitutu adlanan indiki Mədəniyyət və İncəsənət Universitetində rejissor Əşrəf Quliyevin kursuna daxil oldum.



1976-cı ildə ali məktəbi bitirəndə bizim kursun tələbələrinin əksəriyyətini Şəki Dövlət Dram Teatrına göndərdilər, çünki orda dövlət teatrı yenidən bərpa edilirdi, gənc və ali təhsilli aktyorlara ehtiyac var idi. Mənim təyinatımı isə kinostudiyaya verdilər. Amma həmin il kinostudiyada işə düzələ bilmədim.

- Niyə?


- Çünki hərbi xidmətə getdim, 1978-ci ildə əsgərlikdən qayıdandan sonra ştata götürdülər. Həmin vaxt tanınmış rejissorumuz Şamil Mahmudbəyov Əhmədağa Muğanlının ssenarisi ilə “Od içində” filminin çəkilişlərinə başlayırdı. Məni filmin rejissor assistenti təyin etdilər, həm də filmdə epizodik rola çəkildim.

- Filmin bəzi kadrları Lənkəranda lentə alınıb. Həmin vaxt mən orta məktəbdə oxuyurdum, bizim məktəbin yaxınlığında uşaq bağçası var idi, yerli bəylərdən birinin evi olmuşdu. Yadımdadır ki, həmin bağçada bir neçə gün “Od içində” filminin çəkilişləri aparılırdı...

- Bu mənim kinoda debütüm oldu. Film Azərbaycanda sovet hakimiyyətinin qurulması barədə idi, Səməndər Rzayev, Hamlet Xanızadə, Yaşar Nuri, Muxtar Maniyev çəkilirdi. Müğənni kimi tanınmağa başlayan Yalçın Rzazadə də rol almışdı.

Şamil Mahmudbəyov savadlı, geniş dünya görüşünə malik bir insan idi. Onun kimi rejissorla çalışmaq böyük məsuliyyət tələb edirdi, görünür, işim onu qane eləmişdi, sonra məni Həsən Turabovla birgə çəkdikləri “Tənha narın nağılı” filminə də dəvət elədi. Əkrəm Əylislinin povesti əsasında ekranlaşdırılan bu filmdə mən Sadığın atası roluna çəkildim.

- Sosial şəbəkələrdə bir fotonuzu gördüm, əfsanəvi sərkərdə, general Həzi Aslanov rolu üçün qrim olunmuşdunuz deyəsən...

- Mən rejissor assistenti, ikinci rejissor olduğum filmlərin əksəriyyətində həm də müxtəlif rollara çəkilmişəm. 1985-ci ildə kinostudiyada Həzi Aslanovun ömür yolundan, İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığından bəhs edən film istehsala buraxılırdı. “Sizi dünyalar qədər sevirdim” adlanan həmin filmi Rasim İsmayılov çəkirdi, mən rejissor assistenti təyin olunmuşdum. Baş rol üçün aktyor axtarılanda Rasim müəllimin təklifi ilə Həzi Aslanov obrazı üçün fotoprob deyilən mərhələdə məni də yoxladılar. Amma axtarışlar davam edirdi.



Bir gün Ramiz Novruzla qarşılaşdıq. Həmin vaxtlar Ramiz Novruz Akademik Milli Dram Teatrının truppasına yeni qəbul olunmuşdu, təzə-təzə tanınmağa başlayırdı. Gördüm ki, Ramiz Novruzun həm sifətdən Həzi Aslanova bənzəri var, həm də yerişindən-duruşundan hərbçiyə oxşayır. Rasim İsmayılova bu barədə deyəndə ona çox qəribə gəldi, inanmadı ki, mən aktyor yoldaşıma görə rolumdan imtina edə bilərəm. Ramiz Novruzu sınaq çəkilişlərinə dəvət etdilər və bəyəndilər. O, kinodakı bu obrazı ilə məşhurlaşmağa başladı. Ramiz rəhmətlik dünyasını dəyişənə kimi hər dəfə bu barədə söhbət düşəndə deyirdi ki, məni Həzi Aslanov rolunda birinci dəfə Nadir gördü.

- “Azərbaycanfilm” kinostudiyasının belə deyək də, ən qaynar dövrünün şahidisiniz, yaradıcılıq prosesinin içində olmusunuz. Həmin dövrü necə xatırlayırsınız?

- Həqiqətən də kinostudiyada əsl yaradıcılıq mühiti var idi, bədii və sənədləri filmlər, müasir dillə desək, animasiya filmləri, “Mozalan” üçün süjetlər çəkilirdi. Görkəmli rejissorlar, aktyorlar, operatorlar, rəssamlar, ssenaristlər və redaktorlar, kadr arxasında qalan, tamaşaçıların görmədiyi kino mütəxəssisləri burda çalışırdı. Hər gün belə insanlarla təmasda olmaq, yaradıcılıq prosesində iştirak etmək, sənət barədə müzakirə aparmaq şübhəsiz ki, insana zövq verirdi. Həmişə deyirəm, kinostudiyada təkcə sənət dərsi yox, həm də həyat dərsi almışam. Nəhəng sənətkarlarla dostluq etmişəm, onlardan çox şey öyrənməyə çalışmışam. Bir-bir onların adlarını çəksəm, çox uzun bir siyahı alınar, çox təəssüf ki, onların çoxu indi həyatda yoxdur...

Sizinlə söhbət edə-edə Əjdər İbrahimovla bir yerdə çalışdığım günlər yadıma düşdü. SSRİ xalq artisti Əjdər İbrahimov çox sanballı, nüfuzlu rejissor idi, Vyetnamın milli kinosunu yaratmışdı. Uzun müddət “Mosfilm” kimi böyük bir kinostudiyanın ilk partiya təşkilatının sədri olmuşdu. 1979-cu ildə Əjdər müəllim “Azərbaycanfilm”də Nazim Hikmətin ssenarisi əsasında “Qəribə adam” bədii filmini çəkirdi, mən də həmin filmdə rejissor assistenti kimi işləyirdim. Əsər Türkiyə həyatından bəhs etdiyindən filmə çəkmək üçün bizə xarici avtomobillər lazım idi. O dövrdə də Bakıda belə maşınları barmaqla saymaq olardı. Həmin maşınları da lazım olan günlərdə çəkiliş meydançasına gətirmək üçün Dövlət Avtomobil Müfəttişliyi bizə kömək etməli idi. Lakin bu proses nədənsə uzanırdı, hər gün bir bəhanə gətirirdilər. Bir gün məcbur qalıb məsələni Əjdər müəllimə dedim. Möhkəm əsəbiləşdi, getdik kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetinə, problemi ona danışdı. Mənə dedilər ki, sən get, özümüz həll edərik. Növbəti çəkiliş günündə xarici maşınlar bizim sərəncamımızda oldu. Sonra öyrəndim ki, Əjdər İbrahimovla Cəmil Əlibəyov dövlət telefonu ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə danışıb filmin çəkilişində yaranan problem barədə məlumat veriblər. Heydər Əliyev də məsələnin həlli üçün dərhal göstəriş verib.

İllər öncə istehsal olunmasına baxmayaraq “Azərbaycanfilm”in çəkdiyi filmlərin əksəriyyətinə bu gün də tamaşaçılar maraqla baxır, filmlərdən sitatlar gətirirlər. Çünki həmin ekran əsərlərini istedadlı və peşəkar insanlar ərsəyə gətirirdi. Hər zaman fəxr edirəm ki, bu işlərdə mənim də zəhmətim olub. Mən Dövlət mükafatına layiq görülən iki filmimizin - Qaçaq Nəbi haqqında Həsən Turabovla Əbdül Mahmudbəyovun birgə çəkdikləri “Qanlı zəmi” və Vaqif Mustafayevin “Yaramaz” filmlərinin ikinci rejissoru olmuşam.

- Amma özünüz quruluşçu rejissor kimi film çəkə bilmədiniz...

- Sovet dövründə kinostudiyanın yazılmamış qaydaları var idi, Moskvada ali təhsil alıb gəlsəydin belə sənə birdən birə heç vaxt çəkməyə film verməzdilər. Gərək rejissor köməkçisi, assistenti, ikinci rejissor kimi mərhələləri keçəydin, sonra qısametrajlı bir film çəkə biləydin. Yalnız bu etapları keçəndən sonra sənə tammetrajlı film çəkməyə icazə verirdilər. Mən də bu mərhələlərin hamısını keçmişdim, sonuncu mərhələ yaxınlaşanda sovet dövləti dağıldı, siyasi-iqtisadi əlaqələr qırıldı, kinoprokat məhv oldu, “Azərbaycanfilm” ağır günlərini yaşadı. Quruluşçu rejissor kimi film çəkmək mənə qismət olmadı. Dediyim kimi, bir siyasi quruluşdan digərinə keçidi yaşadığımızdan tək mən yox, həmyaşıdlarımın çoxu öz istedadlarını, yaradıcılıq potensiallarını tam realizə edə bilmədi. Bu məsələdə özümü də “günahkar” görürəm, çünki həmişə zəmanə adamı yox, həqiqətin adamı olmağa çalışmışam. Elə o vaxt da, indi də belə hesab edirəm ki, zəmanə dəyişə bilir, amma həqiqət heç zaman dəyişmir.

- Deyəsən çəkiliş meydançaları üçün darıxırsınız. Bəzən teleseriallarda rol almağınız bununla bağlıdır?

- Uzun müddət qaynar kino mühiti görən adam üçün indiki dövrü yaşamaq çətindir. Təbii ki, çəkiliş prosesi üçün darıxıram, amma bu demək deyil ki, teleseriallardan gələn hər təklifə dərhal razılaşmalıyam. İndi kino adamı kimi bir çox şeylər məni qane etmir. Təəssüf ki, indi rejissor olmaq, kino və serial çəkmək adiləşib, bəzən bunun məsuliyyətini dərk etmirlər.

“Ata ocağı”, “Sonuncu fəsil” və “Vicdan haqqı” teleseriallarında çəkilmişəm. Adını çəkdiyim sonuncu iki teleserialın rejissoru Rövşən İsaxdır. Rövşənin işləri niyə maraqla baxılır? Çünki Rövşən İsax kinodan gəlib, bu işi bilir. Bayaq dediyim kimi, rejissor olmaq, kino çəkmək üçün gərək kinoda bir neçə mərhələni keçəsən. Təəssüf ki, bəziləri yazılmamış bu qanuna qeyri-ciddi yanaşır və ona görə də ortaya uğurlu bir iş qoya bilmir.

Etibar CƏBRAYILOĞLU
Reyting.az
 


Oxunub: 797
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:00 | Azərbaycanlı akrobatlar dünya çempionu oldular
    Dünən, 21:54 | Heç vaxt müflis olmayacaq BÜRCLƏR
    Dünən, 21:52 | Leysan, dolu və sulu qar yağacaq- XƏBƏRDARLIQ
    Dünən, 21:50 | Ağcabədidə ağır qəza: qardaşlar öldü, bir nəfər yaralandı
    Dünən, 21:49 | Xəzərdə 14 hərbçinin ölümü ilə bağlı təcili tapşırıq
    Dünən, 19:12 | Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Dünən, 17:32 | Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı"
    Dünən, 15:50 | Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
    Dünən, 14:50 | Qazaxda 27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 12:31 | İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/VİDEO
    Dünən, 12:05 | "Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub - FOTO/VİDEO
    Dünən, 10:02 | İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"
    Dünən, 10:01 | Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
    Dünən, 09:57 | Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Dünən, 09:55 | Millətlər Liqasında böyük oyun günü: İngiltərə İspaniyaya qarşı
    Dünən, 09:54 | Prezident: "Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır"
    Dünən, 09:51 | Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident
    Dünən, 09:48 | Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...
    Dünən, 09:47 | Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...
    Dünən, 09:45 | Qaradağda vulkan püskürdü
    Dünən, 09:43 | Bu qış Ukraynanı fəlakət gözləyir - Mendel
    Dünən, 00:50 | Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
    25-09-2026, 23:12 | Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu
    25-09-2026, 22:33 | Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    25-09-2026, 22:24 | Daha bir boksçumuz Avropa çempionu oldu: Milli komanda rekord sayda medal qazandı
    25-09-2026, 21:04 | Surxay Hüseynli vəfat etdi
    25-09-2026, 20:47 | Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - FOTO
    25-09-2026, 20:45 | Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
    25-09-2026, 20:43 | Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
    25-09-2026, 20:41 | Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    25-09-2026, 18:50 | 1675-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    25-09-2026, 18:27 | Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
    25-09-2026, 18:25 | Metroda nasazlıq: qatar tuneldə qaldı
    25-09-2026, 18:11 | Bakıda forum: bu mövzuda panel sessiya keçirildi
    25-09-2026, 18:06 | Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
    25-09-2026, 18:05 | 9 ay əvvəl təyin olunmuşdu: “Xankəndi” ilə yolları ayırdı
    25-09-2026, 18:03 | Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirdi - Foto
    25-09-2026, 17:14 | Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
    25-09-2026, 17:13 | Azərbaycan və Türkiyə arasından ümumi investiyaların həcmi açıqlandı
    25-09-2026, 17:11 | Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
    25-09-2026, 16:44 | Naxçıvanda dələduzluqda ittiham olunan idmançı həbs edildi
    25-09-2026, 16:42 | Valideynlərdən keçən 10 irsi xüsusiyyət
    25-09-2026, 16:39 | Bu Agentlikdə bir neçə yeni kadr təyinatı olub - ADLAR
    25-09-2026, 16:38 | Bu 3 nəfərin məhkəməsində ittiham aktı elan olunub
    25-09-2026, 16:37 | Sel təhlükəsinə dair silsilə maarifləndirmə tədbirləri keçirildi
    25-09-2026, 15:24 | Gələn ay Mətbuat Şurasının qurultayı keçiriləcək
    25-09-2026, 15:19 | Qazaxda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
    25-09-2026, 15:14 | Əli Kərimli ömürlük həbs edilə bilər - İstintaq bitdi
    25-09-2026, 14:29 | Hərbçimiz faciəvi şəkildə vəfat etdi - FOTO
    25-09-2026, 14:26 | Komitə Lənkəranda ögey ata tərəfindən işgəncə görən 3 yaşlı uşaqla bağlı məlumat yaydı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.