Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT

Son xəbərlər :
  • Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
  • Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
  • Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
  • "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
  • "Haber Global": 44 gündə yazılan dastan - Video
  • Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
  • Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
  • Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
  • Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
  • Ronaldonun Messiyə jestləri cavabsız qaldı
  • Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
  • 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
  • “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • Prezidentdən Qarabağa səfərlə bağlı - Video
  • Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
  • "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Su borcu olanların NƏZƏRİNƏ: Hissə-hissə ödəmək mümkün olacaq

  • Tarix: 3-08-2025, 20:49

Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:

 

"Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər", - deyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yaydığı məlumatda bildirilir.

 

Bəs digər kommunal ödənişlər üçün də bu güzəşt tətbiq edilə bilərmi?

 

Mediaxeberleri.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

 

Digər qurumların cavabları

 

"Azərişıq" ASC-dən sualımıza cavab olaraq bildirildi ki, qurumun külli miqdarda borcu olan problemli abonentləri yoxdur:

 

"Çünki bizdə sayğaclar əsasən smart tiplidir. Vətəndaş nə qədər ödəniş edirsə, o qədər də işıq sərf edir. O səbəbdən bu sistem bizdə tətbiq edilməyəcək".

 

"Azəriqaz" İB-dən verilən məlumata görə, onlarda da vətəndaşlar üçün müəyyən güzəştlər mövcuddur:

 

"Borclu olan vətəndaşın debitor borcu sistemə düşür. Abonentlərə debitor borca görə 30 gün zaman veririk. Hətta bir ay keçəndən sonra da qaz kəsilmir. Bir neçə gün də əlavə güzəşt edilir. Çünki ola bilər ki, vətəndaş evdə yoxdur, yaxud borcunu hələ verə bilmir. Amma sonra məcburi qaydada Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq abonentə verilən qazın verilişi dayandırılır".

 

Vətəndaşlar üçün böyük güzəşt

 

Bəs hissəli ödənişin vətəndaşlar üçün müsbət və mənfi cəhətləri nələrdir?

 

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, bu güzəşt təkcə suda deyil, digər kommunal xidmətlərdə də olmalıdır:

 

"Bu, əslində təqdirəlayiq addımdır. Çünki vətəndaşların bu istiqamətdə böyük problemləri ortaya çıxırdı. Aztəminatlı insanların da həyat şəraitini nəzərə almalıyıq. Belə qaydaların tətbiqi vətəndaşlar üçün böyük güzəştdir. Bundan sonra da müvafiq qurumlar vətəndaşların rifahı, faydası üçün lazım olan bütün addımları atmağa can atmalıdırlar. Suya tətbiq edilən güzəşt elektrik enerjisi və qaza da tətbiq edilməlidir. Ona görə ki, hər hansısa gecikmə vətəndaşın kommunal xidmətdən məhrum edilməsinə gətirib çıxarmamalıdır".

 

 

"Hər hansı bir arxayınlıq yaranacağını da düşünmürəm"

 

Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov da düşünür ki, bu qərarın vətəndaşlar üçün heç bir mənfi tərəfi yoxdur:

 

"Hər hansı bir arxayınlıq yaranacağını da düşünmürəm. Çünki ödənilmirsə, üzərinə əlavə faiz də gələ bilər. Mənim fikrimcə, bu addım əhaliyə olunan güzəştdir. İnsanlara imkan verilir ki, susuz qalmasınlar. Dövlət aztəminatlı ailələrin qayğısına qalır ki, yığılan borclarını hissə-hissə ödəyə bilsinlər. "Azərişıq" da, "Azəriqaz" da vətəndaşlara kifayət qədər güzəşt edir".

 

"Ən az borc su sərfiyyatındadır"

 

Sosioloq İlqar Hüseynlinin fikrincə isə kommunal ödənişlərdə ən çox borc su üzrə deyil:

 

"Ölkəmizdə vətəndaşlarımızın kommunal sərfiyyatı daha çox elektrik enerjisi və qaz üzrə olur. Xüsusən də qış aylarında istilik sistemlərinin işlədiyi dövrdə qaz və işıq borcları yığılır. Amma kommunal ödənişlər arasında ən az sərfiyyat yükü su üzrədir. Şəhərdə dörd nəfərlik bir ailənin maksimum su sərfiyyatı 20 manat ola bilər. O səbəbdən də vətəndaşlar su ilə bağlı gələn borcları ödəməkdə elə də çətinlik çəkmirlər. Yalnız fərdi yaşayış sahələrində yaşayan, həyəti, bağçası olan vətəndaşların yaşıllıqlara qulluq üçün su sərfiyyatı artıq ola bilər. Amma ümumilikdə vətəndaşların əksəriyyəti çoxmərtəbəli binalarda yaşayır və onların da külli miqdarda borcları olmur. Həmçinin bütün kommunal ödənişləri üzrə qəbzlərin üzərində müəyyən vaxt qeyd olunur. Vətəndaş həmin vaxta qədər ödəyə bilmədikdə suyu, qazı, işığı kəsilir. Bu zaman onsuz da vətəndaş məbləği tapıb aparıb ödəyir ki, kommunal bərpa olunsun. Borcları yığmaq üçün elə də çətinlik yaşamırdılar".

 

İ.Hüseynlinin sözlərinə görə, bu qərarda bir sıra diqqət edilməli məqam mövcuddur:

 

"Amma ümumilikdə götürdükdə vətəndaşlar üçün faydalı qərardır. Düşünürəm ki, vətəndaşlar borclarını bir ay ərzində hissəli şəkildə ödəsələr, artıq gələcək aylar üçün onlara elə də böyük problem yaranmayacaq. Əgər əhalini arxayınlaşdırıb borcu aylarla davam etdirsələr, bu zaman İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin maliyyə imkanlarında ciddi böhran yarana bilər. Yaxşı olar ki, hissə-hissə bölünən pulların üzərinə əlavə faiz gəlməsin".


Oxunub: 475
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Bu gün, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Bu gün, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Bu gün, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Bu gün, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Bu gün, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Bu gün, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Bu gün, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Bu gün, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Bu gün, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Dünən, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    Dünən, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    Dünən, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    Dünən, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    Dünən, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    Dünən, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    Dünən, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    Dünən, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Dünən, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    Dünən, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    Dünən, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    Dünən, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    Dünən, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Dünən, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    Dünən, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    Dünən, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    Dünən, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Dünən, 16:47 | Şəkidə ağır qəza: ölən var
    Dünən, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Dünən, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Dünən, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Dünən, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Dünən, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Dünən, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Dünən, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Dünən, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Dünən, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Dünən, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Dünən, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Dünən, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Dünən, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Dünən, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Dünən, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Dünən, 12:28 | Bu ərazilərə qar yağdı
    Dünən, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Dünən, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Dünən, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Dünən, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Dünən, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Dünən, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.