Bu dərmanlar geri çağırıldı
İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada (27339 seriyalı, son istifadə tarixi 31.03.2026, 27839 seriyalı, son istifadə tarixi 01.08.2026, 26906 seriyalı, son istifadə tarixi 31.07.25) olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada (27292 seriyalı, son istifadə tarixi 28.02.2026, 27822 seriyalı, son istifadə tarixi 30.06.2026) olan dərman vasitəsidir. Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib. Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib. Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.