Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq
Sabah Balakən rayonunda 20 mindən artıq abonentə təbii qazın verilişi dayandırılacaq. "Azəriqaz"dan Mediaxeberleri.Az-a verilən məlumata görə, Zaqatala RQİİ-nin Balakən xidmət sahəsində Balakən rayonu Kortala kəndində PE-160 mm və PE-225 mm-lik yeraltı orta təzyiqli daşıyıcı qaz xətlərinin kipliyə sınaq olunması, 28 May küçəsində d-325 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttinin qaynaq yerlərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 09.07.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Balakən QPS-in Balakən ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətlərindən ( F/Ş Kaxov Ramazan və F/Ş Əsgərov Əsgər kərpic zavodları istisna olmaqla,Balakən şəhəri,26 kənd və 1 qəsəbədə cəmi 20351 əhali abonenti və 258 qeyri əhali abonenti) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. "İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq", - məlumatda qeyd olunub.