Şəmkirdə Türkiyə səfirliyinə məxsus avtomobil qəza törətdi: ölən var - YENİLƏNDİ
Şəmkir rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, rayon mərkəzindən Könüllü kəndi istiqamətində gedən yolda qeydə alınan qəzada toqquşan avtomobillərdən biri Türkiyənin Azərbaycandakı səfirliyinə məxsusdur. Qəza "VAZ-2106" və "Nissan X Trail" markalı avtomobillərin iştirakı ilə baş verib. Tibbi yardıma baxmayaraq Ə.İsmayılov aldığı xəsarətlərdən vəfat edib. Q.İsayevə isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Türkiyə səfirliyinə məxsus 001-D-027 nömrə nişanlı "Nissan X Trail" markalı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Yusuf Eltac qəza zamanı hər hansı xəsarət almayıb. O, Türkiyə vətəndaşıdır. Faktla bağlı araşdırma aparılır. *** Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib: "2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb". *** Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Publika.az xəbər verir ki, Teleqraf-ın yerli bürosunun məlumatına görə, "VAZ 2106" markalı avtomobil "Toyota Rav-4" markalı maşınla toqquşub. Qəza zamanı "VAZ 2106" da olan bir nəfər şəxs həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Nəticədə "VAZ-2106"da olan Könüllü kənd sakinləri - 1990-cı il təvəllüdlü Əli İsmayılov və 2001- ci il təvəllüdlü Qəlındər İsayev xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.