Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
  • Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
  • Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
  • Azərbaycan domenlərinə qarşı hücumlar oldu
  • Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
  • Bakıda əməliyyat: saxlanılanlar var - Video
  • 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
  • Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
  • Şəhid Tahir Əliyev ziyarət olunub
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
  • Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
  • Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
  • ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
  • Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
  • Skuterdən yıxılan 42 yaşlı kişi öldü
  • Masazırda yük və minik maşınları toqquşdu: ölən var
  • Sabah 35 dərəcə isti olacaq
  • Şəhid Amil Tanırverdiyevin üçüncü ildönümü qeyd olunub
  • İlham Əliyev əfv sərəncamı imzaladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Çində uğur əldə edən Tağı Məmmədov: "Burada çox şey qazanmaq mümkündür"

  • Tarix: 29-06-2025, 12:12

Prezident İlham Əliyev aprelin 25-də Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə zamanı jurnalist Liu Xin daha əvvəl tanış olduğu azərbaycanlı tələbə Tağı Məmmədovdan bəhs edib. Təsəvvür edin, uzaq Çində bir televiziya ekranında Prezident İlham Əliyev müsahibə verir, Azərbaycanın Çin ilə əlaqələri müzakirə olunur və müsahibənin sonunda sizdən bəhs edilir. Bu qürurverici anı yaşayan tələbə Tağı Məmmədov hisslərini, Çindəki fəaliyyətini, hadisənin pərdəarxasını "Kaspi" ilə bölüşür:

"Televizorun qarşısında cənab Prezidentə mənimlə bağlı məlumat verildiyini görəndə, bir anlıq ürəyim sürətlə döyünməyə başladı, əllərim əsdi. Bu mənim üçün tamamilə gözlənilməz idi. Dərhal jurnalist Liu Xin xanıma yazaraq təşəkkür etdim və "məndən bəhs etmisiniz" dedim. O da cavabında "xoş oldu" yazdı. Bu an mənim üçün o qədər dəyərli və yaddaqalan oldu ki, ömrüm boyu unutmayacağam".

Tağı Qubada anadan olub. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetində marketinq ixtisası üzrə təhsil alır. Daha sonra təhsilini magistr pilləsi üzrə Çində Pekin Texnologiya İnstitutunda biznesin idarə edilməsi fakültəsində davam etdirir. Hazırda isə sözügedən ölkədə Jiangsu Universitetində idarəetmə üzrə doktorantura təhsili alır.

"Çin dilinə çox az maraq var idi"

Onu Çinə aparan, bu ölkədə tarixi anı yaşamasına səbəb olan məqam isə Çin dilini öyrənmək istəyi olub: "Xəzər Universitetində təhsil aldığım dövrdə tələbələrə xarici dil seçimi təklif olunurdu. Seçdiyimiz dildə bir il təhsil almalı idik. Seçimlər arasında alman, ingilis, rus, Çin və bir neçə başqa dil var idi. Mən isə qərara gəldim ki, Çin dilini seçəcəyəm. Çünki bu dil mənə çox maraqlı gəlirdi. Çin mədəniyyəti ilə ilk tanışlığım da elə bu şəkildə başladı. Xatırlayıram ki, sinifdə cəmi 6-7 nəfər idik. Digər dillərə isə minimum 40, maksimum 100 tələbə yazılmışdı. Çin dili o zaman daha az tələbə tərəfindən seçilirdi. Əslində, Çin dilini seçərkən mənim də bu ölkə haqqında geniş məlumatım yox idi. Yeddi il əvvəl mənə desəydilər ki, Çin dilini öyrənəcək və Çində yaşayacaqsan, inanmazdım. Mən də bir çox gənc kimi Avropa və ABŞ-yə üz tutmağı xəyal edirdim. Amma hər zaman fərqli yolları sınaqdan keçirməyi sevmişəm. Dil seçimində də gördüm ki, əksər tələbələr eyni dilləri - ingilis, fransız, alman dillərini seçirlər. Çin dilinə isə çox az maraq var idi. Bu da mənim üçün maraqlı gəldi və seçdim. Üstəlik, dərsləri Konfutsi İnstitutunun müəllimləri - yəni çinlilər aparırdı. Bu, məni daha da cəlb etdi. Öz-özümə dedim ki, maraqlı təcrübə olar, bir il oxuyaram, sonra yoluma davam edərəm. Amma heç vaxt ağlıma gəlməzdi ki, məhz bu dil mənim həyatımın və karyeramın əsas istiqamətinə çevriləcək".

"Çin mənim uğur hekayəmdir"

Tağı dil öyrənməklə kifayətlənməyib, Çinə yay məktəbinə də yollanıb: "Dil öyrənməyə başladıqdan sonra 2019-cu ildə "Bir kəmər, bir yol" layihəsi ilə yay məktəbi üçün Çinə getdim. Bu layihə Konfutsi İnstitutu tərəfindən həyata keçirilirdi. İnstitut Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərirdi. Konfutsi İnstitutunun müəllimlərindən biri bizə bu layihədə iştirakla bağlı təklif etdi. Dövlət tərəfindən təşkil olunan proqram olduğu üçün maraqlandım və müraciət etdim. O dövrdə Çinlə maraqlanan azərbaycanlı gənclərin sayı az idi. Xatırlayıram ki, yay məktəbinə sadəcə 15 azərbaycanlı tələbə seçilmişdi. Bu da qəbul şansımı artırırdı. Həmin il Xəzər Universitetindən biz üç nəfər tələbə olaraq layihəyə qatıldıq. Elə Çinlə ilk real tanışlığım da həmin səfərlə başladı. Orada çox böyük inkişaf və perspektivlər gördüm. Hiss etdim ki, mən burada həm karyeram, həm də şəxsi inkişafım baxımından daha böyük uğurlar əldə edə bilərəm. Yay məktəbi başa çatandan sonra Azərbaycana qayıtdım və Xəzər Universitetindən məzun oldum. Elə həmin ərəfədə də Çində magistratura təhsili almaq üçün müraciət etdim və Pekinə yollandım. Çinlə yaxından tanış olduqca anladım ki, bu ölkə mənim üçün sadəcə bir təhsil yeri deyil, həm də inkişaf və uğur platformasıdır. İndi qəti əminliklə deyə bilərəm ki, Çin mənim uğur hekayəmdir".

"Liu xanımla əlaqə saxladım və ona təşəkkür etdim"

Bu hekayədə ən böyük motivasiyası isə bütün ölkədə müzakirə olunan o müsahibədə haqqında danışılmasıdır. Müsahibəni izlədiyi anı belə bölüşür: "Bir neçə ay əvvəl cənab Prezidentdən müsahibə alan jurnalist Liu Xin məni Çində qış iqtisadiyyatı ilə bağlı efirə müsahibəyə dəvət etmişdi. Orada tanışlığımız yaranmışdı. Müsahibədən öncə Azərbaycan haqqında məlumat verdiyim zaman dedi ki, tanıdığı ilk azərbaycanlıyam. Daha sonra Prezident İlham Əliyevin Liu Xinə verdiyi müsahibəni onun sosial şəbəkə hesabında gördüm. Liu Xin paylaşımında müsahibənin yayımlanacağı saatı da qeyd etmişdi. Bu müsahibə mənə çox maraqlı idi və televizoru açıb izləməyə başladım. Çünki müsahibədə Azərbaycan-Çin dostluğundan danışılırdı və mənim tanıdığım jurnalist ölkə lideri ilə söhbət edirdi. Müsahibənin artıq 20 dəqiqəsi keçmişdi. Birdən Liu Xin mənə tanış səslənən "Əslində, mən Çinə "Bir kəmər, bir yol" vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur" ifadəsini işlətdi və dərhal anladım ki, məndən danışır. Duyğulandım. Müsahibədən sonra Liu xanımla əlaqə saxladım və ona təşəkkür etdim. O da mənə təsdiqlədi ki, Prezidentə məndən bəhs edib. Bu, mənim üçün inanılmaz və çox qürurverici bir hiss idi. Düşünürəm ki, dünya, doğrudan da, çox balacadır. Çində ölkə başçısının verdiyi bir müsahibədə adımın çəkilməsi mənim üçün unudulmaz bir an oldu".

"Videonu çəkib valideynlərimə göndərdim"

Tağının ailəsi üçün də bütün ölkədə oğlundan danışılması sürpriz olub: "Ailəm əvvəlcə bu barədə məlumatlı deyildi. Sadəcə bildirmişdim ki, cənab Prezidentlə müsahibə edən jurnalist mənimlə də müsahibə aparıb. O müsahibəni sosial şəbəkələrdə paylaşmışdım, çünki Liu Xin Çində tanınan və uğurlu jurnalistdir. Valideynlərim müsahibəyə baxmamışdılar, çünki ingilis dilində idi və Çin televiziyasında yayımlanırdı. Videonu çəkib valideynlərimə göndərdim və dedim ki, məndən bəhs edirlər. Onlar çox qürurlandılar. Bu hadisə ortaya çıxandan sonra valideynlərimə çoxlu təbriklər gəldi. Hər kəs zəng edib təbrik edirdi. Bu, valideynlərim və iki bacım üçün çox sevindirici və qürurverici bir an idi".

"Çində ağız dadımıza uyğun yeməklər var"

Həmsöhbətimiz deyir ki, Çində özünü Azərbaycanda olduğu kimi güvəndə hiss edir: "Təbii ki, ilk dəfə yeməklər və fərqli mədəniyyət mənim üçün çox təəccüblü idi. Azərbaycan və Çin mətbəxi arasında böyük fərqlər var. Amma bir müddət sonra başa düşdüm ki, Çin mətbəxi də olduqca zəngindir və burada ağız dadımıza uyğun yeməklər tapmaq mümkündür. Özümə uyğun yeməkləri tapdım və adaptasiya oldum. Məni təəccübləndirən ikinci məqam isə insanların enerjisi oldu. Yaşından asılı olmayaraq, buradakı insanlar çox aktivdirlər. Məsələn, küçədə 70 yaşlı bir xanımı görürsünüz, amma o, velosiped sürür və çox gümrah görünür. Ümumiyyətlə, insanlar çox pozitivdir, bir-birinin üzünə gülümsəyir, küçələr sakit və təhlükəsizdir. Burada elektriklə işləyən nəqliyyat vasitələrinin sayı çox olduğuna görə küçələrdə motor səsləri demək olar ki, eşidilmir. Bu, şəhər atmosferinə sakitlik və rahatlıq qatır. Ən önəmlisi isə, təhlükəsizlikdir. İstənilən saatda küçəyə çıxmaq mümkündür. Özümü burada öz ölkəmdə olduğum kimi güvəndə hiss edirəm".

"Məqsədim Azərbaycan və Çin arasında bir körpü yaratmaqdır"

Gələcək planlarından danışan həmsöhbətimiz bildirir ki, təhsilini bitirdikdən sonra Azərbaycan və Çin arasında dostluq əlaqələrinin inkişafı, investisiya münasibətlərinin qurulması sahəsində tədqiqatlar aparmaq niyyətindədir: "Düşünürəm ki, Azərbaycan və Çin dostluğu günü-gündən möhkəmlənir. Cənab Prezidentin son səfəri bunu bir daha sübut etdi. Çin-Azərbaycan münasibətləri artıq sabit və möhkəm bir bazaya əsaslanır. Gənclər üçün bu ölkədə çox sayda imkanlar mövcuddur. Xüsusilə, bu sahədə ixtisaslaşmış kadrların sayının az olduğunu nəzərə alsaq, gələcəkdə bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər üçün böyük potensial var. Əsas məqsədim Azərbaycan və Çin arasında bir körpü yaratmaqdır. Həm Azərbaycan mədəniyyətini Çində tanıtmaq, həm də Çin mədəniyyətini Azərbaycana tanıtmaq istəyirəm".

Əgər Çində yaşamaq istəyirsənsə...

Tağı Məmmədov sonda vurğuladı ki, Çində yaşamaq və təhsil almaq istəyirsənsə, əvvəlcə bu ölkəni sevməlisən: "Gedim, sadəcə pul qazanım" düşüncəsi ilə gələnlər üçün bu, asan olmur. Mətbəxi və mədəniyyəti bizimkilərdən çox fərqlidir. Fərqli mədəniyyətlərlə qarşılaşmağa hazır olmayan biri üçün bu, çətin təcrübə ola bilər. Amma əgər bu ölkəyə və onun mədəniyyətinə maraqla yanaşırsansa, burada çox şey qazanmaq mümkündür. Çin həm fərqli, həm də özünəməxsus gözəllikləri olan bir ölkədir. Burada təhsil alan bir çox dostum var. Bəziləri burada qalmağı seçdi, bəziləri isə məzuniyyət gününü səbirsizliklə gözlədi. Burada yaşamaq və uyğunlaşmaq mümkündür - əsas odur ki, niyyətin və marağın güclü olsun".


Oxunub: 1 307
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    Bu gün, 19:07 | Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
    Bu gün, 19:05 | Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
    Bu gün, 19:03 | Azərbaycan domenlərinə qarşı hücumlar oldu
    Bu gün, 19:02 | Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
    Bu gün, 19:00 | Bakıda əməliyyat: saxlanılanlar var - Video
    Bu gün, 18:59 | 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Bu gün, 17:41 | Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
    Bu gün, 14:20 | Şəhid Tahir Əliyev ziyarət olunub
    Bu gün, 14:19 | Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Bu gün, 14:16 | 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
    Bu gün, 14:14 | Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
    Bu gün, 14:01 | Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
    Bu gün, 13:56 | ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
    Bu gün, 13:17 | Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
    Bu gün, 13:14 | Skuterdən yıxılan 42 yaşlı kişi öldü
    Bu gün, 13:12 | Masazırda yük və minik maşınları toqquşdu: ölən var
    Bu gün, 13:11 | Sabah 35 dərəcə isti olacaq
    Bu gün, 12:39 | Şəhid Amil Tanırverdiyevin üçüncü ildönümü qeyd olunub
    Bu gün, 11:23 | İlham Əliyev əfv sərəncamı imzaladı
    Bu gün, 07:55 | Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?
    Bu gün, 07:53 | Dünyanı “super bit” basacaq - Xəbərdarlıq
    Bu gün, 07:51 | Payız fəsli Azərbaycana daxil olub
    Bu gün, 07:31 | Güclü pul və enerji axını: yaxın günlərdə həyatında kəskin dönüş yaşayacaq BÜRCLƏR
    Bu gün, 07:28 | Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu
    Bu gün, 07:27 | FİFA-dan Türkiyə komandasına ağır cəza
    Bu gün, 01:07 | Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
    Bu gün, 01:02 | Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
    Bu gün, 00:58 | 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
    Bu gün, 00:55 | Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
    Bu gün, 00:53 | Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
    Bu gün, 00:51 | Bəzi ərazilərdə işıq olmayacaq
    Bu gün, 00:50 | Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
    Bu gün, 00:45 | Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
    Bu gün, 00:42 | Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
    Dünən, 22:49 | İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
    Dünən, 22:37 | Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
    Dünən, 22:25 | Bu ərazilərdə işıq olmayacaq
    Dünən, 22:23 | Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
    Dünən, 21:56 | "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
    Dünən, 21:48 | Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
    Dünən, 21:45 | İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
    Dünən, 21:43 | Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
    Dünən, 21:41 | İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
    Dünən, 21:20 | Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
    Dünən, 19:06 | Bu qurumlar sabahdan distant iş rejiminə keçir
    Dünən, 19:04 | Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Dünən, 18:56 | XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
    Dünən, 18:31 | Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
    Dünən, 18:27 | Azərbaycanın futbol klubu ləğv olunur
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.