Ceyhun Musaoğluna AĞIR İTKİ - FOTOLAR
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi,tanınmış jurnalist Ceyhun Musaoğluya ağır itki üz verib. Mediaxeberleri.Az xəbər verir ki, C.Musaoğlunun qardaşı Elnur Musayev dünyasını dəyişib. E.Musayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri vəzifəsində çalışıb. O, xeyli müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Mərhumla vida mərasimi sabah,29.05.2025-ci il tarixdə Mehdiabad qəsəbəsində keçiriləcək. Nurlana Əhmədova Missiya.Az
Oxunub: 282
Xəbəri paylaş
Paylaş: