Xətaidə Müstəqillik Gününə həsr edilmiş konsert - Foto/Video
Ötən gün Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Bakı Baş Mədəniyyət idarəsinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr edilmiş bayram konserti təşkil olunub. Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, millət vəkili Vüqar Rəhimzadə, rayon Ağsaqqallar şurasının sədri Mürvət Əsgərov, Vətən müharibəsi qəhrəmanları Nizami Mövlanov, Anar Mirzəyev, Zaur Hüseynov, şəhid ailələri, qazilər, rayon hüquq- mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib. Böyük bayram təntənəsi və coşqu ilə keçən tədbirdə tanınmış incəsənət ustalarının və gənc müğənnilərin çıxışları rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.