Vertolyot yüksək gərginlikli elektrik xəttinə ilişdi
ABŞ hərbi vertolyotu yüksək gərginlikli elektrik xəttinə ilişib. Mediaxeberleri.az xəbər verir ki, hadisə Vaşinqton ştatının Beverli şəhəri yaxınlığında baş verib. Bu barədə ştata elektrik xidməti göstərən “Grant PUD” şirkəti məlumat verib. Naqillər qırıldıqdan sonra yanğın başlayıb. Kabellər qismən Kolumbiya çayına, qismən də magistral yola düşüb. Magistral yolun bağlandığı bildirilir.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş: