Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub - VİDEO
Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Mediaxeberleri.Az-a Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Oxunub: 318
Xəbəri paylaş
Paylaş: