Mediaxeberleri.az
    
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO

Son xəbərlər :
  • Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
  • Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
  • Bakıda güclü yanğın baş verdi
  • Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
  • Ölən futbolçuların ailələri narazıdırlar: "Qəzadan sonra maşını dərhal boyayıblar" - FOTO - VİDEO
  • Geodeziya və Kartoqrafiya Agentliyi haqqında əsasnamə təsdiqlənib
  • “Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya
  • Zibil poliqonunda ölü döl tapıldı: Prokurorluq hərkətə keçdi
  • İdman liseyləri və Bülbül adına məktəbə qəbul üçün qeydiyyat başlayır
  • Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
  • Kiyevdə matəm elan edildi
  • Nazir qalmaqallı xanım direktoru işdən çıxardı
  • DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - VİDEO
  • Hansı xəstəliyi olan insanlar qəhvədən imtina etməlidirlər? - Həkimdən vacib AÇIQLAMA
  • UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı
  • Bakıda məşhur məkanda kabab at ətindən bişirilirmiş
  • Mixək çayı yaddaşı gücləndirə bilərmi?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xalq şairi Səməd Vurğunun və qazaxlı mütəffəkirlərin məzarları ziyarət olundu

  • Tarix: 21-03-2025, 12:38

Birinci Fəxri Xiyabanda Xalq şairi Səməd Vurğunun və qazaxlı mütəffəkirlərin məzarları ziyarət olundu


“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq mart ayının 21-də Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun anadan olmasının 119-ci ildönümü və "Beynəlxalq Poeziya Günü" münasibətilə Fəxri Xiyabanda uyuyan Qazaxlı şair, yazıçı, ictimai xadimlərin məzarı ziyarət olundu. Fəxri Xiyabanda uyuyan qazaxlı yazıçı, şair, ictimai xadimlərin məzarına qərənfillər düzüldü. Dahi Səməd Vurğunun məzarı önündə xatirə şəkli çəkdirildi.


 “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov tədbir iştirakçılarını salamlayaraq, Novruz bayramı və "Beynəlxalq Poeziya Günü" münasibətilə təbrik edərək bildirdi ki, “Biz bu gün 21 martda anadan olmuş Xalq şairi Səməd Vurğunun məzarı ilə yanaşı, 22 martda anadan olmuş Xalq yazıçıları İsmayil Şıxlı və Mehdi Hüseynin, həmçinin Fəxri Xiyabanda uyuyan Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın, SSRİ Xalq artisti Leyla Vəkilovanın və dövlət xadimi Mövsüm Poladovun məzarlarını da ziyarət edərək, ruhlarına hörmət və ehtiramlarımızı bildirməyi özümüzə borc bilirik. Hər il 21 martda Səməd Vurğunun Ev Muzeyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə anım tədbiri təşkil olunur, xeyli sayda insan həmin tədbirdə iştirak edir. Bu günkü tədbirdə də dəyərli ziyalılarımız iştirak edirlər. Xalq yazıçısı, böyük şəxsiyyət İsmayıl Şıxlının oğlanları Elçin Şıxlı və Fərrux Şıxlı, AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, akademik Nizami Cəfərov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkili Azər Allahverənov, Vitse-admiral Sübhan Bəkirov, Səməd Vurğunun Ev Muzeyinin direktoru Vurğun Vəkilov, BDU-nun Qazax filialının rektoru Arif Rüstəmov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Şəhid Fidat Məmmədovun bacısı Hicranə Məmmədova, AZTU-nun “Maşınqayırma və Robottexnika” fakultəsinin dekanı, dosent Malik Qarayev, AZTU-nun “Radiotexnika və telekommunikasiya” kafedrasının professoru, tanınmış alim Tofiq Mansurov, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Labidə Batıyeva, DİM-in Metodika və Dərsliklərin Monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva, yazıçı-publisist Məti Osmanoğlu, tənqidçi-alim Rüstəm Kamal, AzMİU-nun “Fizika və Kimya” kafedrasının müdiri, professor Adil Abdullayev, AzMİU-nun dekan-müavini, doktorant Ayyət Abdullayev, şair dostumuz Yusif Nəğməkar, “Qazax” Xeyriyyə İctimai Birliyinin Sumqayıt şəhərində yaşayan üzvləri Tariyel Əsədov, Hidayət Həsənov, “Sahturna Kültür və Sənət evi”nin direktoru Ozan Şiar Ağdaşan, araşdırmacı jurnalist Aşıq Şahturna Ağdaşan,  ADPU-nun professoru Vidadi Orucov, Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, aşıqlar, İctimai Birliyin xeyli sayda üzvləri iştirak edirlər. Dəvətimizi qəbul edib gələn hər kəsə təşəkkür edirik. Millət vəkili Azər Əmiraslanov Ağstafa rayonunda Novruz bayramı ilə əlaqədar olaraq seçiciləri ilə görüş keçirdiyi üçün hal-hazırda Ağstafa rayonundadır. Bakıda olsa, mütləq tədbirimizdə iştirak edəcəkdi. Mən Azər müəllimin salam və təbriklərini çatdırıram”. 
İ.Pirməmmədov qeyd etdi ki, artıq Səməd Vurğunun doğum və anım günlərinin məzarı başında qeyd olunması bir ənənə halını almışdır: "Bu da ondan irəli gəlir ki, Səməd Vurğuna böyük bir el sevgisi vardır, böyük bir məhəbbət vardır. Bizi birləşdirən Səməd Vurğun sevgisidir. Gələn il Səməd Vurğunun 120 illik yubileyidir. Mən inanıram ki, Səməd Vurğunun 120 illik yubileyi hər zaman olduğu kimi yenə də dövlət tərəfindən təntənəli şəkildə qeyd olunacaqdır. Hörmətli tədbir iştirakçıları, onu da xüsusilə qeyd etmək istəyirəm ki, Səməd Vurğuna dövlət tərəfindən hər zaman yüksək qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Səməd Vurğunun anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə sərəncam imzaladı. Necə ki, Ulu Öndərin özünün 100 illik yubileyi bir il ərzində bütün rayon və şəhərlərdə təntənəli şəkildə qeyd olundu, nəhayət ilin sonunda Cənab Prezident İlham Əliyevin iştirakı ilə təntənəli yekun yubiley tədbiri keçirildi. Eləcə də Səməd Vurğunun 90 illik yubileyi Azərbaycanın bütün rayon və şəhərlərində təntənəli şəkildə qeyd olundu. 1997-ci ildə isə “Heydər Əliyev” Sarayında (o vaxtkı “Respublika” Sarayı) təntənəli şəkildə tədbir keçirildi. Ölməz şairimiz Səməd Vurğun da hər zaman doğma Azərbaycanımızı bütöv, müstəqil görmək istəmişdir. Onun bu arzularını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1996-cı ildə şairin 90 illik yubiley tədbirlərinin yekununa həsr olunmuş 7 mart 1997-ci il tarixdə “Heydər Əliyev” Sarayında təşkil olunan yubiley tədbirində özünəməxsus şəkildə ifadə edərək söylədi: “Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: Əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.


Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Səməd Vurğun yaradıcılığı!
Səməd Vurğuna eşq olsun!”


Ulu Öndər Heydər Əliyev hər zaman istər Sovet dövründə, istərsə də müstəqillik dövründə Səməd Vurğuna və ailəsinə böyük diqqət və qayğı göstərmişdir. Bu biz qazaxlılar üçün böyük dəyər və fəxrdir. Hörmətli tədbir iştirakçıları, bildiyiniz kimi Fəxri Xiyabanda doqquz nəfər qazaxlı dəfn olunub. Biz Qazax mahalının yetirdiyi şəxsiyyətlərlə qürur duyuruq.  Hər il ziyarətə gələndə akademik Teymur Bünyadov da bizimlə birlikdə ziyarətə gələrdi. Artıq onun məzarı da ziyarətə çevrilib. Allah dünyasını dəyişən dəyərli ziyalılarımıza rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, Xalq şairi Nəriman Həsənzadənin, Əməkdar incəsənət xadimi Vidadi Babanlının, Azərbaycan Sahibkarlar Konfedarasiyasının Prezidenti Məmməd Musayevin, Hərbi jurnalist, ömrünün 40 ildən çoxunu Səməd Vurğun yaradıcılığına həsr edən dəyərli ziyalı Şəmistan Nəzirlinin, millət vəkili Səməd Seyidovun, Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovun salamlarını və bayram təbriklərini sizə çatdırıram. Hər il onlar da bizimlə birlikdə ziyarətə gəlirdilər. Bu il üzrlü səbəblərdən iştirak edə bilmədilər. 
Onu da diqqətinizə çatdırım ki, bu gün eyni zamanda “Qazax” Xeyriyyə İctimai  Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının və Qazax RİH-nin birgə təşkilatçılığı ilə Qazaxda - Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya Evində də şairin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilir. 

Bayramla əlaqədar olaraq “Qazax” Xeyriyyə İctimai Birliyinin bir neçə üzvü Qazaxda olduqları üçün bu gün Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya Evində şairin ruhuna ehtiram əlaməti olaraq orada düzənlənən tədbirdə iştirak edirlər. Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin Qazax və Ağstafa rayonlarında yaşayan üzvləri də Yuxarı Salahlı kəndində keçirilən tədbirdə iştirak edirlər. “Qazax” Xeyriyyə İctimai Birliyinin adından Səməd Vurğunun heykəli önünə əklil qoyuldu. Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsalla telefon əlaqəsi saxladıq. Tədbir yüksək səviyyədə təşkil olunmuşdur. İctimai Birliyin üzvləri yazıçı-publisist Natəvan Dəmirçioğlu, professor Valeh Nəsibli, müharibə veteranı, şair Mustafa Rasimoğlu, şairlər Hacı Zaməddin Ziyadoğlu, Bəxtiyar Rüstəmoğlu, Aşıq Avdı, Aşıq Şaiq, Ələddin Qarayev, Gündüz Şahvələdov, eləcə də Yuxarı Salahlı kənd İcra nümayəndəsi Nəsib Şəmşiyev, Yuxarı Salahlı kənd Bələdiyyə sədri Şahismayıl Məmmədov, AYB-nin Qazax bölməsinin üzvləri də həmin tədbirdə iştirak edirlər. Mən həm Qazaxda, həm də burada tədbirdə iştirak edən hər kəsə təşəkkür və minnətdarlığımı bildirirəm. Vurğun babamızın öz yazdığı kimi:


Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.


Hörmətli tədbir iştirakçıları, bu il biz Səməd Vurğunun məzarı önünə iki kitabla gəlmişik. Onlardan biri hərbi jurnalist, yazıçı Şəmistan Nəzirlinin uzun illərdir zəhmətinin bəhrəsi olan “Vurğun keçib bu yerlərdən” kitabıdır. 650 səhifəlik olan bu kitabda Şəmistan müəllim Səməd Vurğunun ömür yolu, yaradıcılığı haqqında tam təfsilatı ilə məlumat vermişdir. Kitabda Vurğun ömrünün tarixi anlarını əks etdirən fotolar da yer alıb. İkinci kitab isə Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabıdır. Kitab “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə çap olunmuşdur. Kitabda Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən – Səməd Vurğun və Rəsul Rzanın ailəsindən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən bəhs olunur. Yaxın günlərdə hər iki kitabın təqdimat mərasimi keçiriləcəkdir”.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun direktoru, professor Misir Mərdanov Səməd Vurğunun müqayisə olunmayacaq şəxsiyyət və şair olduğundan fəxrlə danışdı: “Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bu gün burada Qazaxlılar bir araya gəlib. Ancaq Səməd Vurğun təkcə Qazağa məxsus deyil. Səməd Vurğun yaradıcılığı dünyada şöhrət qazanıb. O, bütün Türk dünyasının ən böyük şairlərindəndir. Vəfatından 70 ilə yaxın vaxt keçsə də, bu gün də Azərbaycan xalqının qəlbində yaşayır. Bu gün məni də Səməd Vurğuna olan sevgi buraya gətirib. Səməd Vurğun mənim anadan olduğum Qaraqoyunlu Dərəsinə tez-tez qonaq gələrmiş. Hər il Dilican Dərəsinə gedəndə ailə üzvləri, dostları ilə birlikdə Haqqıxlı kəndində qonaq olarmış. El Səməd Vurğuna olan məhəbbətdən həmin kəndin adını dəyişib, Vurğunun adını verdilər. Onu da qeyd edim ki, Haqqıxlı bulağında qonaq olan Səməd Vurğunla kənd camaatı görüşəndə Vurğun əlaqə nömrəsini onlara verərmiş. Sonralar həmin adamların övladlarının Bakıda təhsil almasına həm Səməd Vurğun, həm də qardaşı Mehdixan Vəkilov böyük köməkliklər göstəriblər. Hətta gənclərin işə düzəlməsində də Səməd Vurğunun böyük köməkliyi olub. Biz tərəfdə Səməd Vurğun deyəndə, hamı ona müqəddəs bir şəxs kimi baxır. Bu başqa cür ola da bilməz. Səməd Vurğun xalqın məhəbbətini qazanıb. Səməd Vurğun müqayisə olunmayacaq qədər böyükdür”. 
Akademik Nizami Cəfərov Vurğun ömrünün, Vurğun yaradıcılığının ölməzliyindən danışdı: “XX əsr Azərbaycan Poeziyasının meyarı Səməd Vurğundur. O, poeziyada Səməd Vurğun məktəbi yarada bildi.  Vaqif Səmədoğlunun dəyərli bir fikri var: “Min illik Azərbaycan poeziyasının ən populyar şeirini Səməd Vurğun yazıb”. Səməd Vurğun bütün tərcümeyi-halı ilə Azərbaycana bağlıdır. Səməd Vurğunun bu dünyaya gəlmək tarixi var. Səməd Vurğunun bu dünyadan getmək tarixi yoxdur”. 
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucov Səməd Vurğun yaradıcılığına Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyev tərəfindən daim yüksək qiymət verildiyini vurğuladı. Ağstafa rayonunda da dövlət tərəfindən Səməd Vurğuna verilən qiymət və dəyəri tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Ulu Öndər hərp zaman Səməd Vurğuna yüksək qiymət verib. Səməd Vurğunun yubileyləri dövlət tərəfindən daim yüksək səviyyədə keçirilmişdir. Ağstafa rayonunda yerləşən mədəniyyət və istirahət parkı Səməd Vurğunun adını daşıyır. Parkda Səməd Vurğunun büstü qoyulub. Büstün fonunda Səməd Vurğunun yaradıcılığını əks etdirən “Kitab abidəsi” kompleksi tikilmişdir. Səməd Vurğun yaradıcılığı əlçatmaz bir zirvədə dayanır.”
Millət vəkili Azər Allahverənov Səməd Vurğunu oxumağın, öyrənməyin vacibliyini vurğuladı: “Misir müəllimin və Nizami müəllimin Səməd Vurğun haqqında fikirlərini dinlədik. Hər iki ziyalı Səməd Vurğunun necə əlçatmaz insan olduğunu bir daha təsdiqlədi. Biz hansı tərəfdən baxsaq Səməd Vurğun dahi şəxsiyyət olub. Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman Səməd Vurğunu yad edəcəkdir. Səməd Vurğun yaradıcılığı Azərbaycanın hüdudlarını aşıb. Səməd Vurğun yaradıcılığı ümumbəşəridir. Səməd  Vurğun etalon şairdir. Onu öyrənmək, oxumaq hər zaman vacibdir”. 
Başxanım Abbaslı Səməd Vurğunun yaradıcılığı və insanlığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Hicranə Məmmədova şairin şeirini səsləndirdi. Şairlər Cığatel İsaqızı və Yusif Nəğməkar Səməd Vurğuna həsr etdiyi şeiri söylədi.
 Almaniyadan təşrif buyurmuş qonaqlar “Sahturna Kültür və Sənət evi”nin direktoru Ozan Şiar Ağdaşan, araşdırmacı jurnalist Aşıq Şahturna Ağdaşan Səməd Vurğun yaradıcılığının vurğunu olduqlarını, əsərlərini sevə-sevə oxuduqlarını dilə gətirdilər.
Aşıq Cavid Şıxlı Səməd Vurğunun “Danışaq” şeirini sazda ifa etdi. Aşıqlar Sənan İsayev, İsmayıl İncəli, Solmaz Kosayeva, xanəndələr Sahib İbrahimov və Eldar Ələkbərov "Azərbaycan" şeirini kompozisiya şəklində ifa etdilər.
Sonra ziyarətçilər Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı İsa Muğannanın, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsmayıl Şıxlının, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Leyla Vəkilovanın, dövlət xadimi Möhsüm Poladovun məzarlarını ziyarət etdilər, xatirələrini danışdılar. 


Ziyarət bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Oxunub: 253
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 19:20 | Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
    Bu gün, 19:19 | Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
    Bu gün, 19:11 | Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
    Bu gün, 19:10 | Bakıda güclü yanğın baş verdi
    Bu gün, 19:08 | Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
    Bu gün, 18:22 | Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Bu gün, 18:17 | Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq
    Bu gün, 12:31 | Ölən futbolçuların ailələri narazıdırlar: "Qəzadan sonra maşını dərhal boyayıblar" - FOTO - VİDEO
    Bu gün, 12:26 | Geodeziya və Kartoqrafiya Agentliyi haqqında əsasnamə təsdiqlənib
    Bu gün, 12:03 | “Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya
    Bu gün, 12:01 | Zibil poliqonunda ölü döl tapıldı: Prokurorluq hərkətə keçdi
    Bu gün, 10:53 | İdman liseyləri və Bülbül adına məktəbə qəbul üçün qeydiyyat başlayır
    Bu gün, 10:49 | Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
    Bu gün, 10:45 | Kiyevdə matəm elan edildi
    Bu gün, 10:43 | Nazir qalmaqallı xanım direktoru işdən çıxardı
    Bu gün, 09:32 | DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - VİDEO
    Bu gün, 08:10 | Hansı xəstəliyi olan insanlar qəhvədən imtina etməlidirlər? - Həkimdən vacib AÇIQLAMA
    Bu gün, 08:06 | UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente"yə qarşı
    Bu gün, 08:04 | Bakıda məşhur məkanda kabab at ətindən bişirilirmiş
    Bu gün, 08:02 | Mixək çayı yaddaşı gücləndirə bilərmi?
    Bu gün, 00:51 | UEFA Çempionlar Liqası: "Sabah" pley-offun ilk oyununda məğlub oldu - VİDEO
    Dünən, 20:29 | Bizim milli maraqlarımız, dövlətçilik mövqeyimiz və milli iradəmiz müzakirə predmeti deyil
    Dünən, 20:18 | Rusiyalı bloqerlərin Azərbaycana qarşı təxribatının pərdəarxası - VİDEO
    Dünən, 20:13 | Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı - FOTO
    Dünən, 20:10 | NATO-dan İrana xəbərdarlıq: Hər bir təhdidə cavab verməyə hazırıq
    Dünən, 20:01 | Avropada qazın qiyməti rekord həddə çatdı
    Dünən, 20:00 | Azərbaycanda yük qatarında tüstülənmə oldu - Foto
    Dünən, 13:47 | Türkiyədə daha bir dini qruplaşma lideri saxlanıldı
    Dünən, 09:03 | Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
    Dünən, 09:01 | Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
    Dünən, 08:59 | Bakıda kirayə mənzillərin qiyməti 15 faiz bahalaşacaq
    Dünən, 08:57 | Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama
    18-08-2026, 23:39 | AZƏRBAYCANDA VƏ AVROPADA ORTA ƏMƏK HAQQI... - Fərq nə qədərdir? + SİYAHI
    18-08-2026, 23:26 | Doğum sayı kəskin çökdü: “Belə davam edərsə, bizi Belorusun vəziyyəti gözləyir”
    18-08-2026, 22:51 | Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
    18-08-2026, 22:37 | Novorossiysk yaxınlığında gəmi hücuma məruz qaldı: Beş PUA zərbəsi endirildi
    18-08-2026, 22:35 | Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
    18-08-2026, 22:10 | Avropada böhran: Miqrasiya dalğası arta bilər...
    18-08-2026, 21:49 | Axirət günü nə vaxt olacaq?
    18-08-2026, 21:45 | Məşhur falçı ailəni “cadu” ilə qorxudub 730 manat aldı - "Yoxsa öləcəksiniz..."
    18-08-2026, 21:43 | Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır
    18-08-2026, 21:41 | Çempionlar Liqasında "Sabah"ın rəqibində iki ayrılıq
    18-08-2026, 21:38 | Tanınmış vəkil həbs olundu - Foto
    18-08-2026, 14:39 | AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı
    18-08-2026, 14:37 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    18-08-2026, 13:31 | TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat
    18-08-2026, 13:29 | Könül Qasımova həbs olundu
    18-08-2026, 13:25 | Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
    18-08-2026, 13:07 | Universitetdə təmir işləri apararkən qəfil öldü
    18-08-2026, 13:06 | Bakıda köhnə tikili yanır
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.