Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ
Tovuz rayonunda baş vermiş qəzanın təfərrüatı məlum olub. Mediaxeberleri.Az Teleqraf-a istinadən məlumat verir ki, ölən şəxsin bir ay sonra toy məclisi olacaqmış. Qeyd edək ki, qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmov dünyasını dəyişib Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.