Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video

Son xəbərlər :
  • Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
  • Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
  • Ronaldonun Messiyə jestləri cavabsız qaldı
  • Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
  • 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
  • “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • Prezidentdən Qarabağa səfərlə bağlı - Video
  • Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
  • "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
  • XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
  • Bakının bu bölgəsi su altında qaldı - Video
  • Ağdaşda “Heyva festivalı” keçirildi - Video
  • Noyabrda bu balıqları yemək olmaz
  • “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
  • Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
  • FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
  • Şəkidə ağır qəza: ölən var
  • Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
  • Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

  • Tarix: 7-03-2025, 20:10

8 Mart – Beynəlxalq Qadınlar Günü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da qeyd olunub. Martın 7-də əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətində tədbir keçirilib.

İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qadın əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, təqaüddə olan xanımlar iştirak ediblər.                  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan qadınlarını, igid Vətən oğulları böyüdən qəhrəman şəhidlərimizin analarını, həyat yoldaşlarını, sağlamlığını itirən qazilərimizin xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdıraraq onlara gələcək işlərində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, 8 mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində ölkə başçısı tərəfindən Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, orden və medallarla təltif edilirlər. Çünki Azərbaycan tarixində qadınların rolu danılmazdır. Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda, Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşaraq “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar” fikirlərini səsləndirmişdir. Fəal vətəndaşlıq mövqeyi sərgiləyən Azərbaycan qadını dövlət müstəqilliyimizin bərpasından sonra milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. İcra başçısı vurğulayıb ki, bu gün qürurla deyə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, “yumşaq güc”ün rəmzi hesab edilən Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. İcra başçısı bildirib ki, Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi, Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış Milli Məclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisə 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisin sədri Sahibə Əli qızı Qafarovadır. Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, sentyabr döyüşlərində, lokal xarakterli antiteror tədbirlərində şanlı ordumuz tarixi zəfəri əldə etdi. Nəinki qeyd edilən döyüşlərdə, ondan öncəki Aprel döyüşlərində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu var. Çünki Qarabağ uğrunda canından keçən şəhidlərimizi, Vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır. Rayonumuzun ən gənc şəhidlərindən olan Sakit Allahverdiyev, Akşin Nəsibov kimi digər 57 şəhidimizə verilən fəxri adlar, ordenlər, medallar məhz həmin analara məxsusdur. Rayon rəhbəri çıxışının sonunda torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsi zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edib, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularını yetirib.

Tədbirdə iştirak edən xanımlar çıxış edərək bayram münasibətilə onları unutmadığına və təbrik etdiyinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırdığı vurğulanıb. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlərin əsl örnək olduğu diqqətə çatdırılıb. Çıxış edənlər Azərbaycan qadını olaraq bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edərək ölkəmizin inkişafı naminə var qüvvələri ilə çalışacaqlarını, əməli işləri ilə töhfə verəcəklərini söyləyiblər. 

Tədbirdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə, rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup qadına Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, gül dəstələri və hədiyyə təqdim edilib.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir daha bütün qadınları təbrik edərək onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayıb.


Oxunub: 693
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    Dünən, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    Dünən, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    Dünən, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    Dünən, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    Dünən, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    Dünən, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    Dünən, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Dünən, 21:01 | Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
    Dünən, 21:00 | "Zirə" son dəqiqələrdə qələbə qolunu vurdu
    Dünən, 18:44 | XİN-dən 8 Noyabrla bağlı - Bəyanat
    Dünən, 18:42 | Bakının bu bölgəsi su altında qaldı - Video
    Dünən, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Dünən, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    Dünən, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    Dünən, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    Dünən, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Dünən, 16:47 | Şəkidə ağır qəza: ölən var
    Dünən, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Dünən, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Dünən, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Dünən, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Dünən, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Dünən, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Dünən, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Dünən, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Dünən, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Dünən, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Dünən, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Dünən, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Dünən, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Dünən, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Dünən, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Dünən, 12:28 | Bu ərazilərə qar yağdı
    Dünən, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Dünən, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Dünən, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Dünən, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Dünən, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Dünən, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Dünən, 10:33 | ASAN Xidmət bu tarixlərdə işləməyəcək
    Dünən, 09:01 | "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
    Dünən, 08:58 | Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
    Dünən, 08:53 | Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
    Dünən, 08:50 | Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
    Dünən, 08:33 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
    Dünən, 08:31 | Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
    6-11-2026, 22:34 | Ət niyə bahalaşır?
    6-11-2026, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    6-11-2026, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.