Almaniya klubunda çıxış edən azərbaycanlı hücumçu mükafatlandırıldı
Almaniyanın "Dinamo Berlin" klubu azərbaycanlı hücumçusu Rüfət Dadaşova komandanın heyətində vurduğu qolların sayını 50-yə çatdırmasının şərəfinə simvolik hədiyyə edib. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusuna minibuts formasında mükafat təqdim edilib və uğurlar arzulanıb. Dadaşov indiyə qədər "Dinamo Berlin"in heyətində 80-dən çox oyun keçirib və 54 qol vurub. 33 yaşlı hücumçunun Almaniya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Milli komandamızın sabiq hücumçusu "Kayzerslauten" II, "Saarbrükken", "Germania Halberştatd", "Proyssen", "Şalke", "Finiks Rayzinq" klublarında çıxış edib.
Oxunub: 38
Xəbəri paylaş
Paylaş: