Vəzifəli şəxs istefa verdi
Gəmi Təmir Tikinti ASC-nin direktoru Həsənağa Həsənov vəzifəsindən istefa verib. Mediaxeberleri.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o öz xahişi ilə işdən azad edilməsi üçün ərizə yazıb. ASC onun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün səhmdarlarının ümumi yığıncağını çağırıb. Yığıncaq martın 5-i saat 11:00-na təyin olunub. Qeyd edək ki, Gəmi Təmir Tikinti ASC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi də Həsənağa Həsənovdur.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: