Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
  • Rəşad Məcidə AĞIR İTKİ
  • Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
  • Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
  • Tanınmış aparıcı Xəzər TV-dən getdi
  • Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
  • Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
  • Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Razılıq olmadan bina sökülürsə, sakinlər nə etməlidirlər? - ARAŞDIRMA

  • Tarix: 28-02-2025, 14:40

Ölkə ərazisində, xüsusən, paytaxt Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirən Mənzil Tikinti Kooperativləri (MTK) ilə bağlı uzun illərdir, yerli mediada, sosial şəbəkələrdə ictimailəşdirilən şikayətlər, həllini tapmayan problemlər qalmaqdadır. Sakinlər məhkəmələrə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Baş Prokurorluq və digər aidiyyəti strukturlarına müraciətlər ünvanlayır, etirazlar edirlər. Lakin hələ də yüzlərlə insanın problemi öz aktuallığını qoruyur. Yaşayış olduğu halda bina sakini ilə heç bir razılıq əldə edilmədən kran gətirərək binanı dağıdan şirkətlər əmlak bazarında at oynatmağa davam edirlər.

 

Mediaxeberleri.Az son bir il ərzində  paytaxt ərazisində qanunsuz şəkildə sakinləri evindən çıxaran, yaşadıqları evi başlarına uçuran şirkətlərlə bağlı şikayətləri araşdırıb.

undefined

Məlum olub ki, 2024-cü ildən bu günə qədər hələ də adı qanunsuz söküntü işində, vətəndaşlara, sahibkarlara hədə-qorxu gəlməkdə  hallanan şirkətlərdən biri “Gold məkan” MMC-dir. Belə ki, sözügedən şirkət Nərimanov rayonunda Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanı sökərək yerində çoxmənzilli bina inşa etmək istəyir və yerli sakinlərlə qalmaqal yaşayır. Sakinlər “Gold məkan” MMC-nin tikdiyi binaların keyfiyyətsiz olduğunu bildirir, şirkətə güvənmədikləri üçün heç bir təklifi ilə razılaşmırlar.

 

Son 1 ildə adı ən çox qalmaqal digər şirkət “Sədərək” ticarət mərkəzinin rəhbəri Yusif Qədimbəyliyə məxsus olduğu bildirilən və “Qarayev Residence” kimi tanınan “Kursus-Nizami” MTK-dır. Belə ki, şirkət Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli ünvanda sakinlərin mənzillərini içindəki əşyalarla birlikdə söküb. Məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir. Şirkət yekun məhkəmə qərarını gözləmədən qoymadan insanları evlərindən didərgin salıb... 

 

Vətəndaşların üzləşdikləri bu kimi problemlərin həlli yolunu mütəxəsisslərlə birgə müzakirə etdik.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev də bildirib ki, hazırda MTK-lar və sakinlər arasında narazılıqlar, ciddi problemlər var:

 

 

“Əsas səbəblərindən biri budur ki, bəzi MTK-lar kifayət qədər vəsaitləri olmadığı halda hansısa ərazidə bina tikmək cəhdi göstərir, vətəndaşlara heç bir vəsait ödəmədən ərazidə bina tikmək, həmin vətəndaşları tikiləcək yeni binada mənzillərlə təmin etmək öhdəliyini götürürlər. Bina tikiləcəyi müddət ərzində onların kirayə xərclərini ödəyəcəklərini deyirlər. MTK-lar tikinti prosesində ciddi maliyyə problemləri ilə üzləşirlər. Nəticədə, sökdükləri binanın vaxtında tikilib təhvil verilməsi prosesi uzanır. Sakinlər isə daha uzun müddət kirayə qalmağa məcbur olurlar. Bu müddət ərzində həm sakinlərin kirayə pulunu ödəmək, həm də onları razı salmaq MTK-lar üçün ciddi problemə çevrilir. Nəticə etibarilə, hər iki tərəf arasında narazılıq yaranır, hətta iş məhkəməyə qədər gedir. Bəzən MTK-lar hansı ərazidə bina tikmək istəyirlərsə, orada bir neçə sakinin razılığını alsalar da, digərləri ilə razılaşa bilmirlər, çünki ödəniləcək məbləğ, veriləcək evin kvadratı sakinləri qane etmir. Burada da hər iki tərəfin haqlı olduğu məsələlər var. Bəzən kiçik kvadratlı evlərdə çox sayda sakin qeydiyyatda olur və onlar daha çox vəsait əldə etmək istəyirlər. MTK isə standart qaydalar çərçivəsində həmin sakinlərə ödəniş edirlər. Bu baxımdan bir ərazidə 50 evdən 40-ı ilə razılıq əldə olunsa da, 10 evi razı salmaları mümkün olmur. MTK isə həmin 10 sakinin hüquqlarını nəzərə almadan söküntüyə, hətta tikintiyə başlayır. Nəticədə, vətəndaşlar böyük əziyyət çəkirlər. Bu problemlərin həllinə dair konkret qaydalar müəyyənləşdirilməlidir ki, tərəflər əziyyət çəkməsinlər. Xüsusilə, sakinlərin hüquqları mütləq qorunmalıdır. İlk növbədə MTK-lar maksimum dərəcədə çalışmalıdırlar ki, sakinləri razı salsınlar, onlar qarşısında öhdəlik götürsünlər ki, vəd edilmiş zaman çərçivəsində ev tikilməyəcəyi təqdirdə sakinlərə mütləq əlavə ödənişlər ödəməlidirlər. İkincisi, kirayə evlərin pulunun ödənişi müqaviləyə əsasən iki ildirsə, əvvəlcədən tam olaraq məbləğ iki illik ödənməlidir. Aybaay ödəniş məsələsi dayandırılmalıdır. Çünki sakinlər əziyyət çəkirlər. Onlar MTK ofislərinin qarşısında bəzən üç-dörd gün vaxt keçirirlər ki, aylıq ödənişi ala bilsinlər. Bir müddət sonra ev sahibləri kirayəçiləri evdən çıxarırlar. Sonra da kirayə mənzil tapmaq çətin olur. Çünki mütəmadi olaraq kirayə qiymətləri bahalaşır. MTK və sakinlər arasında yenidən problem yaşanır. Bəzi MTK-lar bankda vəsaitləri olmadığı halda düşünürlər ki, yeni tikiləcək binada mənzillər satılacağı təqdirdə tikintini davam etdirə biləcəklər. Nəticə etibarilə, marketinq - satış düzgün təşkil olunmadıqda binanın tikintisi xeyli uzanır. Üstəlik şəhərsalma ilə də bağlı bəzi tələblər var. Həmin ərazinin uzun müddət şəhərin digər ərazisinə inteqrasiyası prosesi də yubanır”.

 

Deputat deyib ki, bəzi MTK-lar ödənişi xüsusi kartlara vaxtlı-vaxtında ödəyirlər, heç bir problem olmur: “Digərləri isə sakinlərə verdikləri sözü bəzən yerinə yetirmirlər. Məsələn, müqavilədə göstərilir ki, 50 və ya 100 kvadratmetrlik ev veriləcək, ancaq nəticədə məlum olur ki, binada kvadrat azdır, eyvanlar da, yaşayış ərazisi olmayan hissələr də evin kvadratı hesab edilir. Beləliklə, narazılıq yaranır. Düşünürəm, müqavilələr imzalanan zaman konkret standartlar olmalıdır. Vətəndaşlar yüz faiz əmin olmalıdırlar ki, ödəniləcək kirayə haqları artıq bankda depozit olaraq MTK tərəfindən qoyulub. Hər ay vətəndaş həmin vəsaiti məhz kirayə haqqının ödənilməsinə istifadə edə bilər. Müqavilə müddəti və binanın tikintisi uzanacağı təqdirdə əlavə olaraq bank bu prosesə zamin durmalıdır ki, vətəndaş kirayə haqqının ödənilməsində heç bir əziyyət çəkməyəcək. Bununla yanaşı, götürülmüş öhdəliyə uyğun kvadratların ödənilməsi də müləq təmin olunmalıdır. Bəzi sakinlərin qarajları var, onlar köhnə evlərində avtomobillərini park etməklə bağlı heç bir problem yaşamırlar. Ancaq yeni binalar tikilən zaman vətəndaşların məhz qarajlarla təmin edilməsi məsələsində də çox ciddi narazılıq yaranır. MTK-lar binanın zirzəmisini sakinlərə vermirlər, hətta bəzən ev qiymətinə satmağa cəhd edirlər. Nəticədə, sakinlərlə yanaşı şəhərdə də parklanma ilə bağlı əlavə problemlər ortaya çıxır. Düşünürəm, MTK-lar binada mənzil satırlarsa, mütləq həmin mənzili ən az bir avtomobil saxlamaq üçün qarajla təmin etməlidirlər”.

 

N.Həmzəyevin sözlərinə görə, bəzən söküləcək evlərin, ümumiyyətlə, sənədi olmur, ancaq sakin yerləşdiyi əraziyə görə MTK-dan vəsait tələb edir: “MTK bu məsələdə də sakinlərin razı qalmasını təmin etməlidir. Hətta 20 ildir, heç bir sənədi olmasa da, sakin öz həyətində ev tikib, övladları orada yaşayır. Hər halda müəyyən problemlərə görə sənədləşmə işini həyata keçirə bilmir. Ancaq MTK həmin ərazini qanuni kvadrata salmır. Nəticədə, həmin sakinlər çox ciddi problemlə üzləşirlər. Məlumdur ki, sənədsiz evlərlə bağlı problemlər çoxdur. MTK-lar aidiyyəti məmurları da öz arxalarına alaraq sakinlərə problem yaşatmamalıdırlar. Çünki biz hüquqi dövlətdə yaşayırıq. Vətəndaş 15-20 il öz mənzilində yaşayıbsa, kommunal xərcləri ödəyibsə, müəyyən problemlər səbəbindən sənədləşmə apara bilməyibsə, MTK-ların sahibləri, orada çalışanlar güzəştə getməlidirlər, vətəndaşlara yuxarıdan aşağı baxmamalıdırlar. Sakinlərin tam razılığı əldə olunmalıdır. Onlarla kompromisə gedilməlidir ki, sonradan narazılıq yaşanmasın. Xüsusilə, yeni mənzillərin tikintisi zamanı müvafiq qurumlar öhdəlik götürməlidirlər. Sakinlərin tam məmnunluğu təmin edilməlidir. Bəzən haqsız sakinlər də olur. Qanundan tamamilə kənara çıxaraq heç bir haqları olmadığı halda müəyyən tələblər irəli sürürlər. Lakin bu cür hallar elə də çox deyil. MTK-lar tərəfindən sakinlərin incidilməsi, problem yaşadılması halları daha çoxdur. Bununla bağlı bizə kifayət qədər müraciətlər gəlir. Biz də vətəndaşlara kömək edə bilmirik, məhkəmələrə üz tutmalı olurlar. Məhkəmələr isə bəzən 3-4 il davam edir. Buna görə də bu məsələlər mütləq tənzimlənməlidir. Bir sözlə, mövcud problemləri aradan qaldırmaq üçün aidiyyəti qurumlar səfərbər olmalıdırlar. Bu cür ağır layihələrin həyata keçirilməsi üçün hər MTK-ya icazə verilməməlidir. Həqiqətən iş təcrübəsi olan, kifayət qədər bu cür sosial layihələr həyata keçirən, sakinlərə ciddi narazılıq yaratmayan, dövlət, hökumət  üçün problem yaratmayan MTK-lara icazə verilməlidir. Nəyin bahasına olursa, olsun, sakinlərin tam razılığı təmin edilməlidir”.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, hazırda əmlak bazarında tikinti işləri etibarlı şirkətlərə həvalə edilir:

 

 

“Təbii ki, zamanla vətəndaş narazılığı baş verir. Bir zamanlar tikinti şirkətləri tərəfindən vətəndaşlara müəyyən problemlər yaşadılsa da, hazırkı vəziyyətdə daha çox vətəndaşlar tərəfindən tikinti şirkətlərinə problemlər yaşadılır. Bu da mənzil sahiblərinin böyük bir hissəsinin razılaşması, sonda isə bəzilərinin razılaşmaması səbəbindən binaların sökülməsi prosesinin yubanması ilə nəticələnir. Belə halda şirkətlər evlərindən köçən sakinlər qarşısında götürdükləri öhdəlikləri pozmuş olurlar. Yəni bina zamanında sökülməli və tikilməlidir, əks halda uzun aylar yubanırsa, bu, artıq həmin binanın tikilib təhvil verilmə prosesini də uzun müddət yubadır. Başqa tərəfdən, tikinti şirkəti proses yubandıqca artıq evlərinə köçən sakinlərə əlavə olaraq kirayə pulu və digər xərclər ödəməlidir. Bu da şirkətlərin iflasına gətirib çıxarır. Bu tip problemlərin birdəfəlik həlli üçün mütləq şəkildə evləri sökülən vətəndaşlarla danışıqlara tikinti şirkətləri deyil, tikintiyə icazə verən aidiyyəti qurumların nümayəndələri cəlb olunmalıdır ki, vətəndaşlarda əminlik, etibarlılıq yaransın. Bilsinlər ki, doğrudan da, evləri deyilən tarixdə onlara təhvil veriləcək. Belə halda vətəndaşlar daha qısa müddət ərzində öz evlərindən köçmək öhdəliyini götürərək evlərini tikinti şirkətlərinə təhvil verərlər. Artıq əmlak bazarında mövcud olan tikinti şirkətləri illərin sınağından çıxmış şirkətlərdir. Bunlara dövlət qurumları tərəfindən ciddi nəzarət olunur. Əvvəlki illərdəki kimi bir mənzilin bir neçə nəfərə satılması, yaxud tikintinin yarımçıq qoyulması halları, demək olar, tamamilə alınıb”.

 

Ekspert deyib ki, hazırda paytaxtda minlərlə yaşayış binasının bir hissəsi artıq aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb: “Nazirlər Kabinetinin 2016-cı il 86 saylı sərəncamı ilə paytaxtda istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə start verildi, onlarla köhnə bina sökülərək yeni tikili binalarla əvəzləndi. Söküntülər hazırda daha çox iki formada aparılır. Birincisi, həmin ərazilərin dövlət ehtiyacı üçün alınması. Belə halda bu tip binalar və fərdi yaşayış evləri bazar qiymətləri ilə qiymətləndirilərək dövlət tərəfindən alınır, həmin ərazilərdə müxtəlif infrastrukturlar, yolların genişləndirilməsi və digər inzibati binaların tikintisi həyata keçirilir. İkincisi, xüsusən, qəzalı vəziyyətdə olan binaların sökülərək yeni tikili binalarla əvəzlənməsi prosesidir. Hazırkı qaydalara əsasən, hər hansı köhnə çoxmənzilli yaşayış binasının, yaxud fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin sökülməsi üçün həmin binaların Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı olması ilə bağlı rəy tələb olunur. Təbii ki, bu rəy əsasında tikinti şirkətləri həmin binaları sökür, yerində yeni tikili binalar inşa edirlər. Bu, paytaxt ərazisində bir tərəfdən qəzalı vəziyyətdə olan binaların sayının azalması üçün nəzərdə tutulub. Digər tərəfdən vətəndaşlara məxsus olan mənzillərin sökülərək yeni tikili binalarla əvəzlənməsi onların əmlaklarının dəyərinin 2 dəfəyə qədər artmasına gətirib çıxarır. Bundan əlavə, vətəndaşların mənzilləri sökülərkən onlara köç xərcləri və yeni tikiləcək binalardan mənzil verilən günə qədər kirayə xərcləri şirkət tərəfindən ortalama 2-3 il müddətinə qarşılanır. Sonda vətəndaşa otaq sayına uyğun olaraq mənzilinin ümümi sahəsindən 20% daha artıq mənzil verilir. Şirkət tərəfindən vətəndaşa verilmiş mənzilin bazar dəyəri vətəndaşın keçmiş mənzilindən daha baha qiymətə əmlak bazarında dəyərləndirilir. Təkcə paytaxtda bəzi rəqəmlərə görə, 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var. Artıq 2023-cü ilin dekabr ayından paytaxt Bakının Baş planı təsdiqlənib. 2040-cı ilə qədər Bakı Baş planda əks olunan formada olacaq. 2040-cı ilə qədər yüzlərlə yaşayış binasının söküntüsü gözlənilir. Bu da paytaxtın istismar müddəti bitmiş binalardan qorunmasın, yeniləri ilə əvəzlənməsinə xidmət edir”.

 

Məsələnin hüquqi tərəflərini vəkil Rəşad Vaqifoğlu izah edib. O bildirib ki, mülkiyyət hüququ vətəndaşlarının konstitusion hüququdur:

 

 

“Azərbaycan Respublikası  Konstitusiyana əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları  üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Həmçinin Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Vətəndaşlar mülkiyyət hüquqları pozulduğu halalrda məhkəməyə mürqciət etmək hüququna malikdirlər”.

 

Aytəkin Qardaşova


Oxunub: 465
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.