Azərbaycan kuboku: "Qarabağ"ın rəqibi kim olacaq?
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, son gündə daha iki cavab qarşılaşması baş tutacaq. Günün ilk matçında “Zirə” “Araz-Naxçıvan” qəbul edəcək. Səfərdə minimal hesabla uduzan Rəşad Sadıqovun komandası doğma meydanda geridönüş etməyə çalışacaq. Bu cütün qalibi növbəti mərhələdə “Qarabağ”la qarşılaşacaq. Digər görüşdə isə “Neftçi” və “Kəpəz” münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə iki cavabsız qolla qalib gələn “ağ-qaralar” üstünlüyünü qorumağa çalışacaq. Bu cütün qalibi isə finala gedən yolda “Sabah”a rəqib olacaq. Azərbaycan kuboku: 1/4 final, cavab oyunları 16:00 “Zirə” – “Araz-Naxçıvan” (İlk oyun – 0:1) 19:30 “Neftçi” – “Kəpəz” (İlk oyun – 2:0)
Xatırladaq ki, ötən gün “Qarabağ” “Səbail”lə, “Sabah” isə “Sumqayıt”la duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.
28 fevral
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
Zirə İdman Kompleksinin stadionu.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
Bakı. “Neftçi Arena”.