Marketdə partlayışda xəsarət alanların vəziyyəti açıqlandı
Fevralın 27-i saat 7-də Xəzər rayonu, Binə südçülük sovxozunda yerləşən “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanına Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qeyd olunub ki, Təcili Tibbi Yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: