25 fevral 2025-ci il tarixdə Ağstafa rayonu A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbində Ağstafa rayonu üzrə gənclər və idman sektorunun, Ağstafa Təhsil sektorunun, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi” nin 33 - cü ildönümü ilə əlaqədar “Əsrin soyqrımı-Xocalı” mövzusunda müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə öncə Xocalı soyqırımının qurbanlarının, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə Ağstafa rayonu üzrə gənclər və idman sektorunun müdiri Turan Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa rayonu üzrə nümayəndəsi Lalə Quliyeva, məktəbin müəllimləri Əsmər Əliyeva və Günay Mehdiyeva çıxış edərək Xocalı soyqırımının ermənilərin son iki yüz ildə xalqımıza qarşı törətdiyi növbəti qanlı faciələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayıb və unutmayacaqdır . Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusunun şücaəti sayəsində işğal altında olan torpaqlarımız mənfur düşmənin işğalından azad olunub, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa edib.
Tədbirin sonunda şagirdlərin Xocalı soyqrımına həsr etdikləri kompozisiya və "Xocalı nişanəsi" adlı film nümayiş olunub. Tədbirdə 74 nəfər iştirak edib.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: