25 fevral 2025-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksinin akt zalında “Əsrin soyqırımı - Xocalı” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tarix müəlliməsi Asya Alhüseynova, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış ediblər.
Çıxış edən natiqlər Qafqazda 1918-ci ilə qədər erməni dövlətinin mövcud olmadığını, Ermənilərin Qafqaza gəldikdən sonra azərbaycanlılara qarşı 1918-20-ci illərdə soyqırım aktlarını törətdiklərini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun sücayəti sayəsində bu gün Xocalının azad olunduğunu qeyd ediblər.Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
Xocalı soyqırımını unutmadıq!
Unutmayaq!
Oxunub: 72
Xəbəri paylaş
Paylaş: