Qocalığı dayandırmağın üsülu açıqlandı
Yeni bir araşdırma göstərir ki, omeqa-3 və D vitamini əlavələri müntəzəm məşqlə birlikdə bioloji qocalmanı ləngidir.OMEQA 3, VİTAMİN D VƏ …
Tədqiqatçılar 70 və daha yaşlı 700-dən çox yetkinləri izləyən DO-HEALTH tədqiqatının məlumatlarını təhlil edib. Bu sağlamlıq nizamını dəqiqliklə yerinə yetirənlərin səhhətində gözəçarpacaq qədər müsbət nəticələr olduğu aşkar edilib.
Omeqa-3 və D vitamini əlavələri müntəzəm məşqlə birlikdə yaşa bağlı sağlamlıq problemləri riskini azaldır, yaşlı insanların rifahını yaxşılaşdırır, deyə tədqiqatda deyilir.
“Nature Aging Trusted Source”-da dərc edilən araşdırmada tədqiqatçılar 3 il ərzində bu əlavələri qəbul edən və müntəzəm idmanla məşğul olan yaşlılarda qocalmanın yavaşlandığı, səhhətlərinin yaxşı olduğu və əlilliklərinin olmadığı bildirir.