İnsanlar daha çox bu saatlarda ölür - ŞOK ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, insanlar ən çox səhərlər ölür. Mediaxeberleri.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri insanların ən çox saat 11:00-da öldüyünü müəyyən ediblər. Eyni zamanda qeyd edilib ki, ölüm vaxtı genetikadan asılıdır. Belə ki, müəyyən GG genotipinə malik insanlar saat 18:00 radələrində ölürlər. Məlumata görə, günün vaxtı ilə yanaşı, ilin ən ölümcül günü də var. Son araşdırmalar göstərib ki, Yeni il ilin ən ölümcül günüdür. Bunun bayram şənliklərinə aidiyyəti yoxdur. Alimlərin digər maraqlı müşahidələri də var. Belə ki, şənbə günü həftənin ölüm ehtimalının ən yüksək olduğu gündür. Bu, həftə sonu narkotik maddələrin həddindən artıq qəbulu, qəzalar və odlu silahlardan ölüm hallarının pik həddə çatması ilə bağlıdır.