Gəncədə mikroavtobusla minik maşının toqquşması zamanı yaralananların kimliyi məlum oldu
Gəncədə mikroavtobusla minik maşının toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub. Xəsarət alanlar 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüldü Z.Orucova, 1995-ci il təvəllüdlü V.Bayramov, 1996-cı il təvəllüdlü S.Məmmədcəfərovdır. Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki qəzaya düşən mikroavtobus 28 saylı xətt üzrə işləyən avtobus olub. Qəza zamanı mikroavtobusda xeyli sayda sərnişin olub.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: