Rus tiktoker İrəvanda erməniləri təhqir etdi
İrəvanın Zakyan küçəsində yerləşən “Vibe” kafesində “Rijulya” istifadəçi adı olan rus əsilli şəxs Tiktok platformasında canlı yayım açıb və kafenin içərisində erməniləri təhqir edib.
Mediaxeberleri.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Məlumata görə, rus əsilli şəxsin təhqirlərinə görə dava düşüb.
“Yanvarın 26-da polis əməkdaşları sözügedən şəxsi tapıb, xuliqanlıqda şübhəli bilinərək yaxalayıb və İstintaq Komitəsinə təqdim ediblər”, - məlumatda qeyd edilib.
Onun transgender olduğu, məhkəmənin hökmü ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyi vurğulanıb.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: