Alimlər heyrətdə: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
NASA kosmik gəmisinin göydən gətirdiyi “Bennu” asteroidinin parçalarında həyatın başlanğıcına dair izlər tapılıb. Bu, həyatın kosmosdan gəldiyi nəzəriyyəsini dəstəkləyib. Mediaxeberleri.Az xəbər verir ki, NASA-nın “Osiris-Rex” kosmik gəmisi 2020-ci ildə "Bennu" adlı asteroiddən 122 qram toz və çınqıl toplayıb və 2023-cü ildə kapsul şəklində Yerə atıb. "Bennu" nümunələrinin ilkin analizləri onun tərkibində yüksək karbon və suyun olduğunu aşkar edib. Zəngin minerallar və minlərlə üzvi birləşmələri ehtiva edən nümunələrə həmçinin DNT-nin əsas komponentləri olan amin turşuları, zülalları təşkil edən molekullar və nukleobazlar daxildir. Bütün bunlar asteroidlərin milyardlarla il əvvəl planetimizə çırpılması, bu komponentləri Yerə daşıması və həyatın başlaması nəzəriyyəsini dəstəkləyir. Alimlər eyni birləşmələrin başqa planetlərdə də həyat başlatdığını düşünürlər. Deməli, yadplanetlilərin axtarışı əbəs bir cəhd deyil. ABŞ tədqiqatçısı Tim Makkoy bildirib ki, “Bennu” nümunələri elementlərdən həyata keçidi təmin edən xüsusiyyətlərə malikdir: “Bu, bizə həyatın haradan başladığı ilə bağlı çox böyük suallara cavab verməyə imkan verir”. Qeyd edək ki, “Balkanların Nostradamusu" kimi tanınan Vanqa qarıya görə, 2025-ci il yadplanetlilərin insanlarla görüşəcəyi ildir.