Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Şeyx Teymur: “Qurban olum, Rusiya, üzr istə” ritorikası...

  • Tarix: 29-12-2024, 01:19

3 gündür bu ölkədə hər kəs “ağıllı”, “müdrik”, “uzaqgörən”, “anlayışlı” olub: hər kəs Qroznıda baş verən insidenti – təyyarəmizin Rusiya hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulmasının “təsadüf” olmasını “anlayan” çıxıb, Rusiya kimi nəhəng dövlətlə ehtiyatlı davranmaq lazım gəldiyi haqda danışıb-düşünüb, Kremldən “üzrxahlıq” istəyir.

Dövlət siyasəti, qonşularla münasibət, dövlət ağlı, uzaqgörənliyi ayrıdır, ekspert, ictimai rəy, cəmiyyətin baxışı tamamilə fərqlidir!

“Dərin dövlət” hansı strategiya ilə, hansı addımlar atıb, atır və atacaq – özü bilər!

Siz niyə “müdrik”cəsinə davranırsınız ki?

Jurnalistlər, bir politoloqun sözləri ilə desək, ömürlərində bir dəfə AZAL-la uçmayanlar tökülüblər efirə, şərhlər, analizlər, təhlillər aparıb, dərhal da “anlayışlı” davranıb, Putinin üzr istəməsi ilə “məsələnin həll oluna biləcəyin”dən bəhs edirlər.

Sanki Putinin, Rusiyanın, Kremlin üzrünə möhtacıq!

Kreml sözçüsü də “günahımız sübut olunarsa, üzr istəyəcəyik” deyə adi bir diplomatik jest belə etmir!

Kənardan necə göründüyümüzün fərqindəsinizmi?

Rusiya faktiki olaraq dəhşətli bir cinayət işləyib: hava limanını bağlamayıb, ora yaxınlaşan AZAL təyyarəsinə iki dəfə enməyə izn verməyib, amma enişə izn verməməsinin səbəbini də açıqlamayıb, təyyarəni təhlükəli ərazidən uzaqlaşdırmayıb, xəbərdarlıq etməyib, başqa limana yönəltməyib. Əvəzində AZAL təyyarəsi dövrə vurub, üçüncü dəfə hava limanına eniş üçün qayıdarkən “Pantsir” zərbəsi endirilib; bunun ardınca isə yaxınlıqdakı heç bir hava limanına enməyə imkan verməməklə, Rusiya hava məkanından qovulub, insanlar ölümə tərk edilib!

Qroznı qülləsində oturanlar və onlara komanda verənlər təyyarədə rus vətəndaşların olmasını veclərinə belə almayıblar – zatən bu ölkə öz vətəndaşlarının qədrini bilmir, heç vaxt bilməyib, bilməyəcək də! Rusiya imperiya ambisiyalarına hər zaman öz insanlarını qurban verib və bu ölkədə sovet vaxtından insanın qiyməti “72 qəpik” olub – gənclər bu barədə sovet dövrünü görmüşlərdən soruşa bilərlər.

Bu, mülki təyyarəyə qarşı aktdır, onlarla insanı ölümə atmaqdır!

Rusiya hələ araşdırma aparmır; Çeçenistan hadisəni aydınlaşdırmaq üçün komissiya yaratmayıb; bu hadisəyə məsul şəxslər istintaqa cəlb edilməyib və Azərbaycana istintaq aparılması, mütəxəssislərin göndərilməsi üçün müraciət edilməyib!

Rusiya Azərbaycana qarşı “strateji müttəfiq” kimi davranmayıb və düşünüb ki, rəsmi Bakı bu cinayətin ört-basdır edilməsində rol alacaq, hətta buna borcludur!

Yalnız Prezident İlham Əliyev Sankt-Peterburqa eniş ərəfəsində hadisə haqda məlumat alan kimi geri dönəndən; təyyarədə ikən tapşırıq və göstərişlər verəndən; yalnız İlham Əliyev bu xalqın heç bir fərdinin alver predmeti olmadığını və olmayacağını böyük iradəsi ilə ortaya qoyandan, matəm elan edəndən sonra vəziyyət dəyişdi!

Bir anlıq düşünün: Qaraheybət faciəsində bu ölkənin neçə zabiti həlak oldu? Nə qədər böyük faciə idi? O zabitlərin yetişməsi üçün neçə il, onil lazım idi?

Ancaq Azərbaycan matəm elan etmədi – çünki qəza idi, ölkə daxilində baş verən hadisə idi!

Ancaq indi İlham Əliyev səfərdən yarımçıq geri qayıdır və dərhal da matəm elan edir!

Mənzərəni təsəvvür edirsinizmi?

İlham Əliyev Azərbaycana qayıdana və müşavirə keçirənə qədər “5-ci kolon” ayrı hava çalırdı – xatırlayırsınızsa!

Bu ölkənin mediada olanlarının, politoloqlarının, ictimai xadimlərinin, elə dövlət məmurlarının da heç də hamısı İlham Əliyevin nə boyda olduğunu, nəhəngliyinin miqyasını təsəvvür etmir!

Heç İlham Əliyevin miqyasını, iradəsini, dövlət ərkanını və dövlətin, xalqın, xalqının bircə vətəndaşının belə ləyaqətini qorumaq üçün hər şeyi etməyə hazır olduğunu, deyəsən, qonşu ölkələrdən bəziləri də anlaya bilmir!

Yüz minlərlə insanı ət maşınına göndərənlər əlbəttə ki, İlham Əliyevin 25 vətəndaşına görə “hər şeyə yenidən baxmağa” hazır olduğunu təsəvvür etməzlər!

Özümüzü Şuşaya, Xankəndiyə, bütövləşmiş Azərbaycana layiq aparmağı, İlham Əliyevin həcminə uyğun davranmağı öyrənmək üçün çox gecikirik!

Rusiyadan heç bir üzr xahişi yoxdur, tələb var:

Rusiya istintaq qrupu yaratmalı, ora Azərbaycan mütəxəssisləri cəlb edilməli, günahkarların hamısı son nəfərinə qədər həbs edilməli, bütün olay gün işığına çıxarılmalıdır, yalnız bundan sonra beynəlxalq tələblərə uyğun öhdəliklər yerinə yetirilməlidir!

Əks halda Azərbaycanın hansı tədbirlər ala biləcəyini kimsə düşünə bilir, yoxsa doğrudan da Rusiyaya xəritədə baxıb, “dostluqdan başqa çarə olmadığını” fikirləşməyə davam edir?

Azərbaycan beynəlxalq hüquqa uyğun addımlara başlayarsa, Avropanın və ABŞ-ın Bakıya necə dəstək verəcəyini və bundan öz məqsədləri üçün necə istifadə edəcəyini təxmin edə bilərsiniz – necə ki, ABŞ artıq “yardım etmək istəyində” olduğunu rəsmi Bakıya rəsmən çatdırdığını deyir!

Azərbaycan NATO-nun ən qüdrətli ikinci ordusunun himayəsi altındadır: kimsə Azərbaycana qarşı heç bir təşəbbüsə cəhd edə bilməz!

Türkiyə məhz buna görə bu gün mütəxəssislərini Bakıya göndərir!

Hakan Fidan məhz buna görə ötən gün meydanoxuyurcasına açıqlama verdi!

Azərbaycan Cənubi Qafqazın taleyini həll edən regional aktordur və Rusiya hələ də Cənubi Qafqazda boy göstərirsə, bu yalnız Azərbaycanın şimal qonşusunun da maraqlarını nəzərə almasına görədir!

Azərbaycana Qərbin bütün təzyiqləri, şərləmələri, böhtanları məhz qonşularının maraqlarına hörmət etməsinin nəticəsidir. Azərbaycan ona görə qonşularına hörmət edir ki, qarşılıqlı sayğı görsün, etinasızlıq, vassal kimi davranmaq, Azərbaycanla İnquşetiya kimi əlaqə qurmaq yox!

Kremlin Peskovun dili ilə aşağılayıcı tərzi artıq bütün sədlərin keçilməsidir!

Ona görə kənardan yalvarmaq kimi görünən ritorikanı bitirin!


Oxunub: 711
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.