Rusiyanın vurduğu təyyardə həlak olanların nəşinin müayinəsi aparılacaq - VİDEO
AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması nəticəsində həlak olan 24 soydaşlarımızın nəşi Vətənə gətirilib. Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib ki, nəşlər xüsusi avtomobillərlə aparılacaq birliyin üç şöbəsinə aparılacaq: “Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertiza keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək” - deyə, o, bildirib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: