Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Böyük Kəsik magistral yolunun Poylu kəndində keçən hissəsində qeydə alınıb. Qəza zamanı Ağstafa rayon Poylu kənd sakinləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 770
Xəbəri paylaş
Paylaş: