"S&P Global Ratings" Azərbaycanın iqtisadi artım proqnozunu kəskin artırıb
"S&P Global Ratings" 2024-27-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib. Mediaxeberleri.Az APA-ya istinadən bildirir ki, 2024-cü il üzrə real ümumdaxili məhsulun (ÜDM) artım proqnozu 2.5%-dən 4.5%-ə yüksəldilib. "S&P" 2025-27-ci illərdə ölkədə iqtisadi artımı 2% müəyyən edib. Başqa sözlə, reytinq agentliyi 2024-cü il üzrə proqnozunu 2 faiz bəndi, 2026-27-ci illər üzrə proqnozunu isə 0.5 faiz bəndi yaxşılaşdırıb. Reytinq agentliyi, həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-i 74 milyard, 2025-ci üzrə 75 milyard, 2026-cı il üzrə 78 milyard, 2027-ci il üzrə isə 81 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb.
Oxunub: 279
Xəbəri paylaş
Paylaş: