Vətəndaşların şikayətindən qorxan TƏBİB belə "gizləndi"
TƏBİB həkimlərdən narazı olan vətəndaşlardan ehtiyat edərək İnstagram sosial mediasında əhalinin onları tag etməsini məhdudlaşdırıb. Mediaxeberleri.Az Tribunainfo.az-ya istinadən xəbər verir ki, bu barədə saxta diplomla fəaliyyət göstərən həkimləri ifşa edən Amerikada yaşayan jurnalist Qənirə Ataşova bildirib: “Bu addımla TƏBİB şikayətlərə göz yummaq və əhalinin narazılıqlarını öz səhifələrində görməmək istəyirlər. Bu yanaşma vətəndaşların problemlərini eşitməmək, məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Ümid edirəm ki, Azərbaycan hökuməti, TƏBİB-in fəaliyyətinə nəzarət edən aidiyyəti qurumlar bu vəziyyəti görəcək və biganə qalmayacaq. Vətəndaşların səsləri susdurulmamalı, əksinə, onların şikayətləri diqqətlə araşdırılmalı və həll olunmalıdır. Çünki hər bir dövlət qurumunun əsas vəzifəsi xalqa xidmət etməkdir”.