Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
  • Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
  • Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
  • Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
  • Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
  • Bəzi rayonlarda işıq olmayacaq
  • ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
  • Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
  • Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
  • Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
  • AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
  • Dollar alıb-satanlara vacib xəbər...
  • Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
  • Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
  • Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
  • Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
  • Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
  • Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
  • Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • Həsrət Cəfərov DÇ-də medalsız qaldı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Abel Məhərrəmov: "Ömrümün son çağlarını Qərbi Azərbaycanda yaşamaq istərdim"

  • Tarix: 6-11-2024, 21:16

"Bizim bəzi ədəbiyyatçıların əsərləri heç Biləcəridən o tərəfə keçə bilmir"

Bu sözləri sabiq deputat, Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov Modern.az-a müsahibəsi zamanı deyib.

Sabiq rektorla müsahibəni təqdim edirik:

- Abel müəllim, hazırda vaxtınızı daha çox nəyə ayırırsınız?

- Tale belə gətirib ki, alimlik fəaliyyəti ilə yanaşı, həm də ictimai xadim kimi tanınmışam - millət vəkili, rektor olmuşam. İndi o işlərin bəziləri yüngülləşib, bəziləri isə ağırlaşıb, ancaq orta çəki eyni qalır. İnzibatçılıqda azalan yükü vermişik elmi fəaliyyətə. Rektor olduğum müddətdə də elmi fəaliyyətimi kənara qoymadım, həftəsonları tədqiqatçıları universitetə dəvət edib elmi iş aparırdıq. Rəhbərliyim dövründən 80-dən çox alim yetişdirmişəm. Bu gün də alim yetişdirməyə davam edirəm. İndi də bu istiqamətdə işlərim davam edir. İnzibatçılıq elə bir fəaliyyət növüdür ki, ondan uzaqlaşanda adam darıxır. Hazırda Ağsaqqallar Şurasının sədr müaviniyəm. Bu sahədə sistematik tədbirlərimiz həyata keçirilir.

Prezidentimiz İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışları Azərbaycanda, bütün dünya azərbaycanlılarında böyük inam yaradıb ki, biz o torpaqlarımıza da gedəcəyik. Qərbi azərbaycanlılar üçün qayıdış konsepsiyasının ortaya qoyulması və bizim arzularımızın reallaşması istiqamətində Prezidentimizin gördüyü işlər ölçüyəgəlməzdir. Mən Qərbi Azərbaycan Ağsaqqallar Şurasının üzvüyəm və Amasiya rayonunun icma rəhbəriyəm. Orada da kifayət qədər işlərimiz olur, cürbəcür kitablar yazılır, təqdimatlar edirik.

Bu gün tədris sahəsində də çalışıram, dərs deyirəm, master-klaslar keçirirəm. Uzun illər ailəyə az diqqət yetirmişəm, indi vaxtdan istifadə edib nəvələrimə daha çox diqqət ayırıram.

- Uzun müddət Qərbi azərbaycanlılara "yeraz" deyilirdi, son hadisələrdən sonra bu ad az qala leksikondan çıxır. Necə baxırsınız bu məsələyə?

- "Yeraz" sözü bir sinif kimi ləğv olunub artıq. Yerevan azərbaycanlıları mənasını versə də, bəzən məcazi mənada "yer azdır" və sair kimi mənalarda da işlənirdi bu ifadə.

1988-89-cu illər elə bir dövr idi ki, uşaqlar sənədləri olmadığı üçün məktəbə gedə bilmirdilər. Mən həmin dövrlər dekan vəzifəsində çalışırdım və qaçqın düşən uşaqlar üçün bir neçə məktəb icarəyə götürmüşdüm, universitetdən də dostlarımı, həmkarlarımı cəlb etdim o məktəblərə dərs deməyə. Elə o vaxtdan çox səslənirdi bu "yeraz" ifadəsi. Bu söz çoxunun xoşuna gəlsə də, bir çox Qərbi azərbaycanlının xoşuna gəlmirdi. İndiki vəziyyətdə Qərbi azərbaycanlı olmayana belə "yeraz" desən, o da fəxr hiss edər. Çünki "yeraz"lara xüsusi diqqət olub ölkə səviyyəsində və artıq onlar da öz dədə-baba yurduna gedəcəklər.

- Yeri gəlmişkən, ailəniz bir neçə dəfə deportasiyaya məruz qalıb...

- Ailəmiz üç dəfə deportasiya edilib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ermənilər də bir tərəfdən çıxıb dedilər ki, bizim yaşadığımız bölgədə Ermənistan Respublikası qurulsun və bunun üçün də əhalinin mütləq-əksəriyyəti erməni olmalı idi. Rəqəmlər isə əksini deyirdi. Azərbaycanlılar hər yerdə çoxluq təşkil edirdi. Bu səbəbdən 1918-ci ildə ilk deportasiya başlandı, həmin dövrdə babam Məşədi Ələsgər ailəsini götürüb Naxçıvandan keçərək İranda yaşamağa başlamışdı. Ondan sonra ermənilər yalançı statistika çıxardılar ki, bu ərazilərdə ermənilərin sayı daha çoxdur, o zaman babalarımız təzədən öz torpaqlarına qayıtdılar. Onların evlərini, mal-mülkünü əllərindən alsalar da, oralarda yaşamağa davam etdilər.

İkinci deportasiya 1948-1954-cü illəri əhatə edir. BMT-nin qərarı ilə xaricdə yaşayan ermənilər qayıtmalıydılar biz yaşadığımız yerlərə. Bizi məcburən öz dədə-baba torpaqlarımızdan çıxarıblar. Atamgil ilk dəfə Saatlıya, Sabirabada getsələr də, daha sonra nənəm xəstə olduğu üçün Ağdama köçüblər, mən də orada doğulmuşam. Atam Böyük Vətən müharibəsinin iştirakçısı olduğundan 6-7 il sonra tələb edib ki, öz dədə-baba yurduna qayıtmaq istəyir və beləliklə, yenidən qayıtmışıq Amasiyaya.

1988-ci ildə yenidən deportasiya olunmuşuq və Bakıya gəlmişik. Ermənilər də bu deportasiyaların nəticəsində özlərinə dövlət qurublar.

- Yenidən Amasiya rayonuna gedib öz kəndiniz Güllübulaqda yaşamaq istəyərdinizmi?

- İstəyərdim. Mən o torpağa borcluyam. İnsanın əsas formalaşdıran iki şey var, bir genetika, bir də doğulub-böyüdüyü yer. Bu baxımdan, mənim cəmiyyətdə mövqeyim, formalaşmağım, həm də o kəndin adı ilə bağlıdır. Ailəm burada qalmağı seçsə belə, mən ömrümün son çağlarını orada yaşamaq, o təbiətlə iç-içə olmaq istərdim.

- Azərbaycanda hansı bölgəni uşaqlığınız keçən Güllübulaq kəndinə bənzədirsiniz?

- Xızı rayonunun Altıağac qəsəbəsində bir evim var. 45 ildir ki, ora gedib-gəlirik. Bəzən kənd təsərrüfatı işi ilə də məşğul oluram orada. Oranın havası da, suyu da, mənzərəsi də bizim kəndə oxşayır. Təbii ki, Azərbaycanın dilbər guşələri çoxdur, amma mən oranı öz kəndimizə çox oxşadıram. Buna görə də, demək olar ki, hər həftə ora baş çəkirəm.

- Öz dövrünüzün gəncliyi ilə indiki nəsli müqayisə edəndə, hansı fərqləri hiss edirsiniz?

- Mənim və mən yaşında olan insanların gəncliyi ulu öndər Heydər Əliyevlə bağlıdır. O dövrün yetirmələri, İlham Əliyev dövrünün də ağsaqqallarıyıq. O həyatı da görmüşük, indikini də. Müqayisə etsək, deyərdim ki, həmin vaxt tək bir partiya var idi, idarə etmək daha asan idi. Demokratiya yox idi, amma ideologiyası daha güclü idi. Zamanla hər şey yerinə oturdu. O vaxt Ulu öndər Heydər Əliyev gəlib deyəndə ki, biz Azərbaycanda hüquqi, dünyəvi, demokratik dövlət quracağıq, çoxuna qəribə gəlirdi. Biz hələ çörək növbəsini ləğv etməli, qaçqınların problemlərini həll etməli idik, sonra demokratiyadan danışarıq, deyə düşünürdük. Amma zaman göstərdi ki, hər şey növbə ilə yerinə oturur. Bu gün 10 yaşla 15 yaş arasında da çox böyük fərq var, o ki qalsın 15 yaşla 75 yaş arasındakı fərqə. Bu gün gənclərimizin böyük bir kəsimi milli-mənəvi dəyərləri heçə sayaraq, qlobal dünyanın ideologiyasından bəhrələnmək istəyir. Amma hər bir millət üçün ilk növbədə milli və dövlətçilik ideologiyası önəmli olmalıdır. Belə olduğu halda gənclərlə ortaq məxrəc tapmaq da, dövləti inkişaf etdirmək də mümkündür. Amma unutmamalıyıq, Prezidentimiz dediyi kimi, torpaqlarımızı Ermənistanın işğalından gənc nəsil azad etdi.

- Bu gün dünyaya lazım olan əsas elmlərin içində ilklərdən biri də kimyadır. Kimyaçı olaraq ölkəmizdə bu sahənin inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycan kimyaçılarını sayanda deyirlər: "Murtuza Nağıyev, Yusif Məmmədəliyev və sair". Bu adamlarla biz fəxr edirik. Amma görün onlar hansı dövrün kimyaçılarıdır. Hər dövrün alimini tarixiləşdirmək lazımdır. Ölkə üçün müxtəlif zamanlarda, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şəxslərin hamısı öyrədilməlidir. Murtuza Nağıyevin, Yusif Məmmədəliyevin vaxtından 50 il keçib, necə oldu biz 50 ildə bir kimyaçı yetişdirə bilmədik? Əlbəttə, yetişdirmişik, sadəcə onları tarixiləşdirə bilmirik.

- Həm də ixtiralar kimyaçıları tarixiləşdirir, elmə yenilik gətirməyən birini necə tarixiləşdirək. Siz bu cür adamlar tanıyırsınızmı, elmə ciddi töhfə verib, ancaq biz tanımırıq?

- Tanıyıram. ABŞ ona görə dünyanın ən qüdrətli ölkəsidir ki, oranın nüfuzlu universitetləri var. Orada kifayət qədər savadlı elm adamları var, onlarda universitetin keyfiyyəti divarından və ya ölkənin xarici siyasətindən asılı deyil. Əsas olan yeni nəsli yetişdirə biləcək savadlı, ixtisaslaşmış kadrların olmasıdır. Elm adamının kəşfi istehsalata çıxa bilir. Elmi kəşfləri kimlər yarada bilir? Elmi məktəbləri olan ölkələr. Buna şərait yaratmaq lazımdır. Kimya elə bir sahədir ki, orada hansısa kəşf bütün dünyada tanınacaq. Yoxsa ədəbiyyatı dünya oxumağa məcburdurmu, heç oxusalar da, başa düşməzlər. Bizim bəzi ədəbiyyatçıların əsərləri heç Biləcəridən o tərəfə keçə bilmir.

Ancaq kimyaçılarımızın, fundamental təbiət elmləri adamlarının yazıları dünya müstəvisində qəbul olunub. O insanları orta məktəb kitablarına salmaq lazımdır ki, gənclər oxuyanda o zəncirin qırılmadığını hiss etsin.

- Abel müəllim, siz də qeyd etdiniz ki, insanı formalaşdıran amillərdən biri də böyüdüyü yerdir. Bir də belə bir deyim var ki, insanların xarakteri doğulduğu yerin təbiətinə oxşayır. Bu baxımdan sizin təbiətiniz həmin mühitə oxşayır?

- Güllübulağın havası kifayət qədər sərt olub, buna mən özüm də şahid olmuşam. Elə olub qapıdan çıxa bilməmişik, bizi bacadan iplə çıxarıblar. O, acı, çətin günlər mənim xarakterimin formalaşmasında çox rol oynayıb. Sərt iqlim insana mübarizliyi də öyrədir. Mən kəndimizdə o cür qarda 12 km uzaqdakı məktəbə gedirdim. Soyuqdan donmamaq üçün üç-dörd qat paltar geyinib meşənin içi ilə qorxa-qorxa yol gedirdik. Böyüdüyüm yerin iqlimi, havası, suyu hər şeyi mənə təsir edib. Onu da qeyd edim ki, mən çox kitab oxumuşam, çox ölkə gəzmişəm və görmüşəm ki, qışı sərt oldu-olmadı bir ərazinin təbiəti nə qədər gözəldirsə, insanları da bir o qədər istedadlı olurlar. Təbiət də öz təsirini göstərir.

- Qərbi Azərbaycanın Amasiya rayonu Türkiyənin Qars şəhəri ilə sərhəddə yerləşir. Müsahibələrinizin birində qeyd etmisiniz ki, bəzən sərhədə gedib Qarsa həsrətlə baxırmışsınız ki, orada bizim kimi türklər var. 1988-ci il deportasiyasından sonra isə Qarsa getdiniz, hətta Qars Dövlət Universitetinin fəxri professoru adına layiq görüldünüz. Bizim üçün maraqlıdır, Qarsa gedəndə hansı hissləri keçirdiniz?

- Bir vaxt Amasiyadan Qarsa baxırdım, sonra da Qarsdan Amasiyaya baxdım. Biz coğrafi olaraq da Qarsa çox yaxınıq, həm də o vaxt sərhəd kəsiləndə atamın əmisi, xalası uşaqlarının yarısı qaldı orada. Bir vaxt Qarsa baxanda onları da fikirləşirdim. Atam bir müddət kolxoz sədri işlədi, bəzən onun hesabına lap sərhədə gedə bilirdim. Qarsa da gedəndə Amasiyaya baxıb oradan ötrü darıxırdım, oranın həsrətini çəkirdim. Kəndimizdə keçən uşaqlıq, məktəb illərimiz gözümün qabağından keçirdi.

- Sizi BDU-ya bağlayan çox şey var. Ailə həyatınız da, iş yeriniz də ora ilə bağlıdır. İstərdik bizimlə də bölüşəsiniz: həyat yoldaşınızla necə tanış oldunuz, ilk dəfə universitetdə laborant kimi necə işə düzəldiniz? BDU sizin üçün nədir?

- Mən o universitetlə nəfəs alıram. Mənim bir iş yerim olub. Universitetin rektorluğundan çıxandan sonra başqa yerdə də işləyə bilərdim. Ancaq ora o qədər bağlıyam ki, elə bilirəm nəfəsim onunla gedib-gəlir. Mən bunu da analiz edirəm ki, orada qalmağım bir o qədər də düzgün deyildi. Ancaq insan bəzən bağlı olduğu yerləri reytinqindən üstün tutur.

Hər bir xanım üçün də, kişi üçün də beynində formalaşdırdığı ideal insan portreti var. O insanı görəndə deyirsən ki, elə axtardığım bu idi. Mən yoldaşımı ilk dəfə universitetdə gördüm. 10-cu sinfi bitirib gəlmişdi, 3-4 ay idi laborant işləyirdi. Mən də yuxarı kursda oxuyan tələbə idim. Görəndə elə düşündüm ki, mənim istədiyim cizgilər bunda var. Sonra yaxınlaşdım, tanış olduq.

Uzun müddət keçdi. Biri-birimizi daha yaxşı tanıdıq, sevdik. Sonra mən getdim Moskvaya. Hamı düşünürdü ki, bu getdisə, bir də qayıtmaz. Amma orada nə qədər gözəl çox qız olsa da, Bakıdakı o cizgilər artıq mənim başıma yerləşmişdi. Müdafiəyə yaxın nişanlanmaq istəyimi valideynlərimə bildirdim. Qərbi Azərbaycandan anam-atam hamısı gəldi. Biz evləndik, həyatımızı qurduq, iki övladımız oldu.

Hər ikisi də cəmiyyətdə özünü təsdiq edən insanlardır.

Sualın ikinci hissəsinə gəldikdə isə mən hər şeydən dərs alan insan olmuşam, Moskvada təhsil aldığım mühitdə çox şey öyrəndim. Qayıdıb gələndə düşündüm ki, yollar yaşıl işıq olacaq, hər şeyi həll edə biləcəyəm, amma gəlib gördüm ki, vəziyyət elə deyil. Bir tərəfdən də biz 7 uşaq idik, ən böyük mən olmuşam. Onlara yük olmaq istəməmişəm heç vaxt.

Rektorun qəbuluna gedəndə ona dedim ki, siz sona qədər dinləsəniz, məni işə götürəcəksiniz. O da əsəbi formada mənə dedi ki, qəbulu necə aparacağını ona öyrətmək düz deyil. Bu sözə görə də 6 ay işsiz qaldım. Ancaq tale elə gətirdi ki, mən o rektorun ən qabaqcıl adamlarından birinə çevrildim. Bu hadisə mənim həyatımda xüsusi rol oynayır. Rektor olduğum 20 ildə həmişə çalışmışam ki, tələbələrin, müəllimlərin, valideynlərin şikayətlərini sona qədər dinləyim.

- Rektor olduğunuz 20 ildə minlərlə sənəd, 100 mindən çox diplom imzalamısınız. Bu müddətdə hansı sənədi imzalamaq sizin üçün daha fərqli olub.

- 1999-cu ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə BDU-nun rektoru təyin olunanda bizim çox geniş söhbətimiz oldu. Universitetin tarixindən tutmuş, mənim fəaliyyətimə qədər bir çox məsələ haqqında söhbət etdik.

Ümummilli liderimiz mənə çoxlu məsləhət verdi. Bu 20 ildə hər dəfə qələmi əlimə alıb nəsə imzalayanda, o məsləhətlər yadıma düşüb, həmişə ədalətli olmağa çalışmışam. Tələbələrin xaric olunması üçün sənədə imza atanda səhərə qədər yatmadığım günlər olub. O sənədə imza atana qədər 4-5 dəfə tələbəni, müəllimi çağırıb danışmışam, bəzən məsələləri həll edə bilmişəm, bəzən də məcbur qalıb həmin sənədə imza atmışam. O vaxt ödənişli təhsil yeni-yeni yaranırdı, hamının da imkanı çatmırdı ödəniş etməyə. Təhsil haqqını ödəyə bilmədiyinə görə nə qədər tələbəni xaric etmək üçün müraciət olunurdu. Valideynlər qəbuluma gəlirdilər, baxırdın qışın günündə yay ayaqqabısı ilə gəlib. Nanotexnologiya üzrə birinci yerə çıxdığım üçün mənə 5000 dollar verilmişdi, həmin pulu təhsil haqqını ödəyə bilməyən tələbələrin borclarını bağlamaq üçün universitetə köçürdüm.

- Geriyə baxanda nələr üçünsə təəssüflənirsiniz?

- Mən bir az da çox işləyə bilərdim, gərək bir az da çox şey edərdim. Həm elmi, həm də inzibati sahədə.

- İndiki nəslin təhsil məsələsi sizi qane edirmi, tövsiyəniz nədən ibarətdir?

- Təhsil prosesi bağçadan tutmuş ali məktəbə bitirənə, fəlsəfə doktoru olana qədər davam edir. Hamısı biri-biri ilə bağlıdır. Gənclərin yetişməsində hər birinin özünün xüsusiyyəti var. Yaxşı qiymət almaq o demək deyil ki, gələcəyin alimisən. İndi yaxşı əzbərləyənə yaxşı oxuyan deyirlər. Düşünmək lazımdır tələbə aldığı təhsili neçə il özü ilə apara bilir? Universitetlərin səviyyəsi, reytinqi də indi bu meyarla ölçülür. Dərs o qədər keyfiyyətli olmalıdır ki, yaxşı film kimi yaddan çıxmamalıdır. Məlumat elə verilməlidir ki, o, biliyə çevrilsin. Tələbənin qarşısına elə proqram, elə mühazirə qoyulmalıdır ki, o, dərsdən çıxandan sonra kitabxanaya, laboratoriya qaçsın. Bolonya sisteminə inteqrasiya etmişik, bu sistem bizə dərsin saatını azaldıb, tələbənin fərdi inkişafını üstdə tutur.

- Əzbərçilik məsələsinə toxundunuz. Dövlət İmtahan Mərkəzinin imtahan sistemi sizi qane edirmi?

- Mən və bir çox alimimiz orta məktəb təhsili ilə gəlib universitetə qəbul olunmuşuq. İndiki dövrdə xaricə gedib oxuyanlar alimlik dərəcəsi ala biləcək. Test üsuluna məcbur olub əl atıblar. Orta məktəbin səviyyəsini yüksəltmək lazımdır, yeni, önəmli fənlər keçirilməlidir. Normal orta məktəb həm bilik verir, həm də uşaqları gələcəyin məsuliyyətli vətəndaşı kimi yetişdirir. Məsələn, ədəbiyyatı yaxşı bilən avtobusda dava salmaz, növbə gözləyər və sair. Bu sualın birmənalı cavabı yoxdur. Bu kimi məsələlərə sistemli baxılmalıdır və bu kimi məsələlərə inzibatçı deyil, təcrübəsi olan, zəkalı insanlar baxmalıdırlar.

- Abel Məhərrəmovun təcrübəsindən Azərbaycan təhsilinin hazırkı dövründə səmərəli istifadə olunurmu?

- Mənim fəaliyyət dairəm çox dardır, başqa sahələrə çox müdaxilə etmirəm. Mənə ancaq sual veriləndə düşüncəmi ortaya qoyuram. Ancaq öz təcrübəmdən, öz fəaliyyət müstəvimdə yazıb-pozuram. Dediyimiz o islahatlar ki var, o islahatlara biz cəlb olunmamışıq. Heç mən düşünmürəm də cəlb olunam və yaxud da bunu arzu da etmirəm. Məsləhət olsa, əlbəttə ki, adam xalqı, milləti üçün hər şeydən keçər. Ancaq məsləhət olmayanda da təhsil sistemində belə boşluqlar yaranır.

- 20 il Bakı Dövlət Universitetinin rektoru olmusunuz. İndiki rektorun sizə münasibəti necədir. Sizinlə görüşürmü, müzakirələr aparırmı?

- Xeyr, bizim heç bir müzakirəimiz olmayıb.


Oxunub: 2 922
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Bu gün, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Bu gün, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Bu gün, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Bu gün, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Bu gün, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Bu gün, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Bu gün, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Bu gün, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Dünən, 20:48 | Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 20:43 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 20:37 | Həsrət Cəfərov DÇ-də medalsız qaldı
    Dünən, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Dünən, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Dünən, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Dünən, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Dünən, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Dünən, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Dünən, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Dünən, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Dünən, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 16:56 | Bu cərimələr yenilənir
    Dünən, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Dünən, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Dünən, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Dünən, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Dünən, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Dünən, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Dünən, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Dünən, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    26-10-2026, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    26-10-2026, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    26-10-2026, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    26-10-2026, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    26-10-2026, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    26-10-2026, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    26-10-2026, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    26-10-2026, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    26-10-2026, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    26-10-2026, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    26-10-2026, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    26-10-2026, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.