Azərbaycanda televiziya işçisi peşə bayramı günündə vəfat etdi
Jurnalist Vüsal Nazim dünyasını dəyişib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə bildiriblər. 37 yaşlı V.Nazimin uzun sürən xəstəlik səbəbindən vəfat etdiyi deyilir. Qeyd edək ki, V.Nazim əvvəllər ARB TV və AZƏRTAC-da çalışıb. Xatırladaq ki, Azərbaycanda hər il noyabrın 6-da radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 68, radiosunun isə 98 yaşı tamam olur.
Oxunub: 851
Xəbəri paylaş
Paylaş: