Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır. Bu barədə "Report"un soğrusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb: "Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək". Qeyd edək ki, bu barədə məlumatı "Sumqayıt24.az" saytı valideynlərə istinadən yaymışdı.
Oxunub: 427
Xəbəri paylaş
Paylaş: