Narin belə öldürülübmüş - Şok detallar
Diyarbəkirdə itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi bəlli olub. Mediaxeberleri.Az xəbər verir ki, məhkəmə tibbi ekspertiza tərəfindən aparılan araşdırmada onun boğularaq öldürüldüyü müəyyən edilib. Narinin yarılması zamanı 91 nümunə götürülüb. İlkin yarılma sənədinə əsasən, nümunələr hər hansı cinayəti, o cümlədən sui-istifadəni üzə çıxaracaq şəkildə götürülüb. Məhkəmə tibb ekspertlərinin ilk təəssüratlarında uşağın bədənində ciddi parçalanmanın başladığı müəyyən edilib. Həmçinin görünən kəsik və ya güllə yarasının olmadığı bildirilib. Vurğulanıb ki, cəsədin çürüməsi səbəbindən ölüm vaxtı ilə bağlı dəqiq açıqlama verilə bilməz. Nümunələrin bəziləri İstanbul Ədliyyə Tibb Qurumuna göndərilib. Narinin necə və nə vaxt öldürüldüyü, neçə gün su altında qaldığı, öldürülməzdən əvvəl cinsi zorakılığa məruz qalıb-qalmaması, bədənindəki sümüklərin necə qırıldığı kimi suallara yarılma hesabatı ilə aydınlıq gətiriləcək.