t s

» » Dünya liqası: Azərbaycan Fransadan öndədir

Dünya liqası: Azərbaycan Fransadan öndədir

16-02-2015, 14:51 Yazar:  Anar Baxılıb: 716 Çap et
Dünya liqası: Azərbaycan Fransadan öndədirBu, yığmamızın Uruqvay turnirində ikinci qələbəsidir.

Uruqvayın paytaxtı Montevideoda ot üzərində xokkey üzrə qadınlar arasında Dünya liqasının 2-ci raundunun oyunları davam edir.

Mediaxeberleri.az xəbər verir ki, ikinci matçda Azərbaycan yığması Fransanı məğlub edərək 3:2 hesabı ilə qalib gəlib. Bizim komanda iki dəfə hesabda irəli keçsə də rəqiblərə cavab imkanı yaradıblar. Amma son sözü azərbaycanlı xokkeyçilər deyib. Oyunda son nöqtəni 46-cı dəqiqədə Lıbov Drujinina dubl edərək qoyub. Birinci qolu isə Mahirə Əhmədova vurub.

Bu, Azərbaycan yığmasının Montevideoda ikinci qələbəsidir. Şənbə günü Adil Paşayevin drujinası Trinidad və Tabaqonu 5:1 hesabı ilə məğlub edib.

Azərbaycan yığması üçüncü matçını fevralın 17-də Keniya ilə keçirəcək. Matç Bakı vaxtı ilə 18:30-da başlayacaq. Hal-hazırda bizim komanda 6 xal ilə “B” qrupunda birinci yerdədir.

“A” qrupunda Meksika, Dominikan Respublikası, İtaliya və Uruqvay oynayır. Brada 1-ci turdan sonra 3 xal ilə Meksika liderlik edir.

“B” qrupunun qalibi dörddə bir finalda “A” qrupunun son qrupu ilə, 2-ci komanda 3-cü ilə, 3-cü komanda 2-ci ilə və 4-cü komanda 1-ci komanda ilə görüşəcək.

Daha sonra yarımfinal olacaq, 3 yer və finala çıxış uğrunda mübarizə gedəcək. Dünya liqasının növbəti raunduna keçmək üçün mütləq finala çıxmaq lazımdır. Uruqvayda nəticə üzrə 3-cü yeri tutaraq da irəliləmək olar. Amma bunun üçün Hindistan və İrlandiyada analoji turnirlərdə 3-cü yerləri tutan yığmalar arasında ən yüksək reytinqi qazanmaq lazımdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.
12:13 “Lokomotiv” voleybolçuları “Rabitə”yə uduzdu “Azəryol” liderliyə yüksəldi. Bu gün Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında iki matç keçirilib. Mediaxeberleri.az xəbər verir ki, günün əsas matçında “Rabitə” “Lokomotiv”i 3:0 hesabı ilə udub (27:25, 25:16, 25:17). Bununla “Rabitə” “dəmiryolçular”ı liderlikdən məhrum etdi.
11:18 Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş əfsanəvi «KÜR» komandası Gördüyünüz bu futbol komandası 1987-1990-cı illərdə Qıraq Kəsəmən kəndinin idman şərəfini qorumuş, onu nəinki rayonda, hətta zona və respublika turlarında uğurla təmsil etmiş KÜR komandasıdır. Onların ən böyük uğuru 1989-cu ilin fevralında Qazaxda keçirilən rayon çempionatının final mərhələsində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az