Abidənin yerində anbar tikildi: rəsmi açıqlama - Video
Pirallahı rayonunda 1941-1945-ci illərdə faşizm üzərində qələbə çalan qəhrəmanlarımızın xatirəsinə həsr olunan abidənin yerində anbar tikilib. Mediaxeberleri.Az Baku TV-yə istinadən xəbər verir ki, vaxtilə burada ucaldılan heykəlin sökülməsindən və ərazidəki parkın yararsız hala düşməsindən narazı olan sakinlər yaranan vəziyyətdən narahatlıqlarını bildiriblər. “2013-cü ildə Vasif İmanov bura icra başçısı təyin edildikdən sonra heykəl söküldü, park bərbad hala düşdü”, - deyə yerli sakin söyləyib. Məsələ ilə bağlı ərazidə 2013-cü ildə söküntü işləri aparan Pirallahı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Samir Hüseynov bildirib ki, xatirə abidəsi şəhərin Baş planına uyğun gəlmədiyi, eyni zamanda qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Daha ətraflı videomaterialda: