Keşlə bazarı sökülür? - RƏSMİ AÇIQLAMA
Bir neçə gündür Keşlə bazarının söküləcəyinə dair xəbərlər yayılır. Mediaxeberleri.Az İTV-yə istinadla xəbər verir ki, yeni salınan yolun bu ərazidən keçməsi planlaşdırılır. Nərimanov Rayon İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə İctimai TV-yə bildirilib ki, hazırda tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. Tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. İşlər yekunlaşandan sonra bu barədə dəqiq nəsə demək olar.
Oxunub: 840
Xəbəri paylaş
Paylaş: