Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı
Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib. Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır. Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 914
Xəbəri paylaş
Paylaş: