Media Xəbərləri > Çap üçün versiya > Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR

Nazirlər Kabineti qaydalara dəyişiklik edib.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Mediaxeberleri.az-ın məlumatına görə, indiyə qədər Azərbaycanda avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunub.

Dəyişikliyə əsasən, şəhər avtomobil yolları bu təsnifata əlavə edilib və şəhər avtomobil yollarının təsnifat göstəriciləri müəyyənləşib. Bura şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları daxildir. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur. Şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə magistral avtomobil yolları, ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar, rayon əhəmiyyətli prospekt, küçə və yollar, qəsəbə və kəndlər arası yollar, qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollara bölünür (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla). Müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan şəhər yolları isə müdafiə təyinatlı yolların təsnifatına daxil ediləcək.

Digər dəyişikliyə əsasən, ödənişli avtomobil yolları Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərinə əlavə edilib.

İndiyə qədər Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, respublika və yerli əhəmiyyətli avtomobil yolları və ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları daxil olub.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=81

© 2014 www.mediaxeberleri.com