Mediaxeberleri.az
    
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
  • 
  • Qalmaqallı məmura cinayət işi açıldı
    Qalmaqallı məmura cinayət işi açıldı
  • 
  • Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
    Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
    ERMƏNİSTANDAKI SEÇKİNİN GERÇƏK QALİBİ - Azərbaycan liderinin siyasəti erməni seçicisinə hansı siqnalı verdi?
  • 
  • Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
  • 
  • Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
    Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib
  • 
  • Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
    Qaraçuxurda kanalizasiya PROBLEMİ - VİDEO
  • 
  • “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
    “MEQAPLUS MMC”-dən şikayət: “Mənə olan borc elə 130000 manatdır”
  • 
  • Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
    Ürəkbulandıran mənzərə: "№1 Çörək Zavodu" şirniyyatı niyə belə vəziyyətdədir? - VİDEO
  • 
  • Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
    Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib
  • 
  • Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
    Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub - VİDEO
  • 
  • “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
    “Rüstəm İbrahimbəyovu təhqir edən Ayaz Salayev” - VİDEO
  • 
  • Qızıl ucuzlaşdı - VİDEO
    Qızıl ucuzlaşdı - VİDEO
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
    “AZƏRBAYCAN DA AVROPAYA LAZIM OLANI 5 QAT BAHA SATMALIDIR” – “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ”
  • 
  • 80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
    80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın fərqi...
  • 
  • Qubada kəndin örüş sahələri satılır? - VİDEO
    Qubada kəndin örüş sahələri satılır? - VİDEO
  • 
  • Bəzi rayonlara intensiv yağış yağır
    Bəzi rayonlara intensiv yağış yağır

Son xəbərlər :
  • Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
  • Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
  • Yeni peşə təhsili ixtisasları yaradıldı
  • Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
  • Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
  • Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
  • Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
  • Azərbaycanda 50 min manatlıq yeni cərimə...
  • Rusiya 5 yerə parçalanacaq - Yeni dövlətlərin adları...
  • Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • Rusiyada benzin böhranı dərinləşir - Daxili çaxnaşma gözlənilir
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • "Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb - VİDEO
  • Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür
  • Ukrayna sərhədi keçərsə... – Belarusdan xəbərdarlıq
  • Putin narahatdır, Gerasimov prezidenti aldadır
  • Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!

  • Tarix: 3-05-2024, 09:30

Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev açılış çıxışında ölkənin Ermənistanla sülh əldə etmək üçün fəal iş apardığını bəyan edib.

“Azərbaycanın hazırladığı sənəd əsasında danışıqlar aparılır. İndi biz sərhədlərin delimitasiyası ilə bağlı müsbət tendensiya başlandığını görürük” deyən Prezidentin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, heç bir vasitəçi olmadan həyata keçirilir: “Bu, bir daha göstərir ki, vasitəçilərə ehtiyacımız yoxdur, xüsusən də öz maraqlarından çıxış edənlər kömək etmək istəmirlər, öz siyasi və iqtisadi maraqları maraqları regiona nüfuz etməyə çalışırlar. Yenidən bölgəni alovlandırmaq istəyirlər. Biz buna imkan verməyəcəyik”. Prezident İ.Əliyev əlavə edib ki, Cənubi Qafqazda sülhə yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması nəticəsində nail olmaq mümkündür.

Qeyd edək ki, yaxın günlərdə Astanada hər iki ölkənin xarici işlər nazirləri arasında görüş olmalıdır. Bəzi ekspertlərə görə, Qazaxıstan görüşü Moskva, Brüssel, həm də ABŞ-ı qarşılıqlı mübarizəyə qoşmamaq, həmin güc mərkəzləri tərəfindən təzyiq predmetinə çevrilməmək üçün ən optimal variantdır. Tərəflərin Qazaxıstanda görüşə razılıq vermələri dolayısı ilə konkret hansısa geosiyasi maraqları olmayan ölkənin danışıqlar üçün məkan təklif etməsinin münaqişə tərəfləri üçün məqbul olduğunu göstərir. Bu dolayısı ilə həm də qlobal güclərin prosesə müdaxiləsinin qarşısını alır. Eyni zamanda müəyyən bəhanələri də tamamilə zərərsizləşdirir. Qazaxıstan münaqişənin səmimi həllində maraqlıdır. Ona görə ki, münaqişə yaxın zamanda sülh müqaviləsilə bitərsə, bu diplomatik münasibətlərdən tutmuş, əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının açılmasına yol açacaq.

Kəsəsi, Azərbaycan bəyan edir ki, bizə vasitəçi lazım deyil. Hətta XİN başçılarının görüşünü təşkil edəcək Qazaxıstan da deyir mən vasitəçi deyiləm, sadəcə, ev sahibi olacağam. Beləliklə, Bakı Brüssel və ABŞ-a mesaj verir ki, vasitəçisiz prosesləri aparmaq olar.

Bəs Azərbaycan və Ermənistan yekun sülh sazişini vasitəçisiz, masaya oturub imzalaya bilərmi? Bu, mümkündürmü, yoxsa sonda yenə də kimlərsə masada olacaq? Üstəlik, Rusiya amili də var və o, təşəbbüsü Qərbə vermək istəmir. Bu mövzuda şərhləri diqqətinizə çatdırırıq.

Mediaxeberleri.Az xəbər verir ki, deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında öncə maraqlı bir məqama toxundu: “Mən bu fikirdəyəm ki, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda keçirilməsi təklifini sözügedən ölkənin prezidenti cənab Tokayev İrəvanda səsləndirsə də, təşəbbüs rəsmi Bakıdan gəlib və bu haqda razılıq mart ayında, onun Azərbaycana dövlət səfəri zamanı əldə edilib. Burada məqsəd yəqin ki, danşıqların öz vasitəçiliyi altında, yaxud da öz meydançasında keçirilməsinə və beləliklə, sülhdən çox maraqlarının təmininə çalışan gücləri neytrallaşdırmaqdan, ittiham üçün əllərinə bəhanə verməməkdən ibarətdir. Xatırladım ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında son danışıqlar bu il fevralın 28-də Berlində keçirilmişdi. Və elə həmin gün Azərbaycan Prezidenti Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini ölkəsinin dünya şöhrətli bir sıra şirkətlərinin rəhbərləri ilə birlikdə qəbul etdi. Həmin qəbul zamanı da bildirildi ki, alman şirkətləri işğaldan azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərinə öz töhfələrini verməkdə maraqlıdırlar”. Deputat xatırlatdı ki, Berlindəki görüş və Almaniyanın bir sıra aparıcı şirkətlərinin rəhbərlərinin Azərbaycana səfərləri Yerkrapa terror qruplaşması snayperinin Şərqi Zəngəzurda bizim sərhədçimizi yaralaması qarşılığında onlara endirilən cavab zərbəsindən düz yarım ay sonra baş verdi: “Makron və ona bənzərlər dörd terrorçunun məhvi ilə nəticələnmiş həmin "Qisas" əməliyyatını aşırı cavab tədbiri kimi qiymətləndirsələr də, ondan sonra keçirilən görüş və Ermənistanın yenidən konstruktiv davranış sərgiləməyə başlaması Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim savaş yolu ilə sülh yaratdığımız haqda dediklərinin nə dərəcədə doğru olduğunun təsdiqidir. Və həm də onun təsdiqidir ki, qarşı tərəfin konstruktivlik sərgiləməsi üçün sözügedən əməliyyatlara bənzər ayıldıcı cavab tədbirləri də görmək lazım gəlir". Regiondakı proseslərə ayrıcı xətlər çəkənlərin təsiri altda deyil, obyektiv bucağından yanaşılanda bu, çox gözəl dərk edilir ki, fevral ayında Almanyia məhz belə bir mövqe sərgilədi. Ancaq ondan dərhal sonra rəsmi Parisin Almaniya rəhbərliyini kəskin tənqidlər, eyni zamanda Rusiyada “yad meydança” sayıldığından orada keçirilən görüşə heç də sıcaq yanaşılmadığı da üzə çıxdı. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi Rusiyada hər hansı bir görüşün keçirilməsindən boyun qaçırmaqla əslində belə davranışlar üçün Moskvaya fakt verir ki, bu da sülh prosesinə təsirsiz ötüşmür. Bax, Azərbaycanla Ermənistan arasında danışıqların Qazaxıstanda, özü də Astanda deyil, Almatıda təşkili sülh prosesinə özlərinin geosiyasi rəqabət prizmasından yanaşanları neytrallaşdırmağa, onları qıraqda saxlamağa, bizim onlardan hər hansı birinin təsiri altında deyil, öz iradəmizlə hərəkət etdiyimizi sərgiləməyə, həmin güclərə qısqanclıq, yaxud da ittiham üçün fakt verməməyə xidmət edir".

S.Alıyevin sözlərinə görə, görüş əgər Qazaxıstana keçirilirsə, nə Rusiya, nə də İranın əsası var ki, burada regiondankənar qüvvələrin rolunun artdığını deyərək qısqanclıq sərgiləsinlər: “Qazaxıstanın burada danışıqlar üçün platforma təklif etdiyini və sözügedən dövlətlərin oranı "yad meydança" saymadıqlarını, əslində bu görüşün elə həm də bir növ 3+3 əməkdaşlıq formatı fəlsəfəsinə uyğun gəldiyini nəzərə alsaq, niyə belə dediyim aydın olur”. Qərbdəki güclərə gəldikdə, deputat qeyd etdi ki, görüş əgər Astanada keçirilsəydi, bu, Suriya ilə bağlı Türkiyə-Rusiya-İran üçtərəfli anlaşmasının əldə olunduğu yer kimi onlarda müəyyən qıcıq yarada və açıq şəkildə qarşı çıxmaları üçün bəhanə verə bilərdi: “Amma əgər nəzərə alsaq ki, həmin Qərb məhz Ermənistana dəstək məqsədilə yeri gəldi-gəlmədi Almatı Bəyannaməsindən dəm vururlar, görüşün həmin şəhərdə keçirilməsi və danışıqların sözügedən deklarasiyada nəzərdə tutulan prinsiplər əsasında aparılması yəqin onları da müəyyən dərəcədə rahatlatmış olacaq. Müəyyən dərəcədə ona görə deyirik ki, Qazağın 4 kəndinin geri qaytarılmasından sonra Fransanın davranışları onun ikitərəfli danışıqlar nəticəsində əldə olunmuş bu irəliləyişdən heç də razı qalmadığından xəbər verir. ABŞ bu irəliləyişi dəstəklədiyini bildirsə də, dövlət katibi Blinkenin Azərbaycan Prezidentinə zəngindən gəldiyim nəticə belədir ki, rəsmi Vaşinqton danışıqların məhz öz qanadı altında aparılması niyyətindən əl çəkməyib. Entoni Blinkenin, "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmanın ABŞ tərəfindən təqdir edildiyini", “sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərmək” istəklərini dilə gətirməsini diplomatik dildən adi dilə çevirdkdə, məhz bu, üzə çıxır. Cənab İlham Əliyevin aralarındakı telefon danışığı Blinkenə delimitasiya ilə bağlı razılaşmanın “ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu”, tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini deməsi, onun “sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı Azərbaycan Respublikasıdır, ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyi” sözləri də yenə diplomatik dildən adi dilə çevirsək, burada “ABŞ-ın istəyinə bizim heç bir vasitəçiyə ehtiyacımız yoxdur” cavabı verildiyini görürük. Cənab Prezidentin yuxarıda deyilənlərin ardınca dövlətimzin regionda hər hansı ayırıcı xətlərsiz əməkdaşlıq modelinin qurulmasını dəstəklədiyini vurğulaması vasitəçiyə niyə ehtiyacımızın olmadığına tam aydınlıq gətirir". S.Alıyev əlevə etdi ki, bu regionda kimlərin ayırıcı xətlər çəkməyi planlaşdırdıqları Brüsseldə keçirilən 5 aprel görüşündən bəllidir: “Buradan da aydın görünür ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab İlham Əliyevin bizim hər hansı vasitəçiyə ehtiyac duymadığımız, onların arasında alova odun atmaq istəyənlərin yolunun qətiyyətlə kəsiləcəyi haqda dedikləri özlərinə də çatdırılıb. Qazaxıstan görüşünün necə bitəcəyi ilə bağlı proqnozu da mən elə həmin forumda cənab Prezidentin bir fikrinə dayanaraq vermək istəyirəm. O ilk dəfə idi ki, Ermənistan rəhbərliyinin Azərbaycanda regionda sülh istədiyini anladığını diqqətə çatdırırdı. Bunu anlamaq üçün Azərbaycan əlindən gələni edib, Ermənistanı guya ona dəstək verənlərin təzyiqlərindən qorumaq qarışıq, bu gün yenə də əlindən nə gəlir edir ki, Almatı görüşü təşəbbüsü də elə bunun bir elementidir. Ermənistan verilən dəstəyi düzgün qiymətləndirsə, "xeyirxahlar"ının təzyiqlərinə tab gətirməyi bacarsa, biz bu il doğrudan da sülh anlaşması imzalaya bilcəyik və burada sözügedən görüşün rolu heç də az olmayacaq".

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda üçüncü tərəfin olmaması regionda sülhün tezliklə əldə edilməsinə gətirib çıxaracaq: “Uzun illər keçmiş Minsk Qrupu, müharibədən sonra Vaşinqton, Brüssel və Moskva formatları da uğurlu olmadı. Məhz Qazaxıstanın danışıqlar üçün yer seçilməsi ilk növbədə Azərbaycanın təklifidir. Ermənistan rəhbərliyi də bununla razılaşmalı oldu. Düşünürəm ki, sülh müqaviləsi də bu ölkədə bağlanmalıdır. Çünki Qərb və Rusiya platforması əlverişli deyil, üstəlik hər iki tərəf öz maraqları kontekstdə yanaşır. Qazaxıstanda isə, hər iki tərəf razılaşmağa məcburdur. İkitərəfli danışıqlarda müsbət tendensiya davam edir”. Ekspert qeyd etdi ki, Ermənistanda daxili siyasi prosesləri kilsə qızışdırsa da, Paşinyan Azərbaycanın gündəliyini qəbul edib: “Cənab Prezident İlham Əliyevin təqdim etdiyi gündəlik beynəlxalq hüquqa söykənir və sülhü, təhlükəsizliyi təmin edir. Qazaxıstan bu məsələdə vasitəçi deyil. Rusiya da proseslərdə Qərbin vasitəçi olmadığının fərqində olduğu üçün sülh masasında israr etməyəcək. Həm də Ermənistan hakimiyyəti Rusiyanı qəbul etmir. Moskva da bunu başa düşür. Sülh sazişi Qazaxıstanda imzalanarsa, burada üçüncü tərəf olmayacaq. Azərbaycan bu məsələdə prinsipialdır. Qərb və Rusiya arasında hərbi konfrontrasiya davam edir. Rusiyanın burada iştirakı olmayacaq. Ona görə də iki tərəf bu məsələdən mütləq kənarda qalmalıdır. Düzdür, Ermənistan çox çalışırdı ki, masada qarant ölkə olsun. Amma Azərbaycan buna getmədi”. M.Əsədullazadə hesab edir ki, yaxın perspektivdə ikitərəfli danışıqlar sülh müqaviləsinin bağlanmasına gətirəcək: “Delimitasiya və demarkasiya prosesi aparılır. İkitərəfli etimad formalaşıb. Hazırda aparılan danışıqlar Qərbin vasitəçiliyi ilə aparılmır ki, Rusiya bundan narahat olsun. Rusiya Azərbaycanın mövqeyini bilir və bununla razılaşmaq məcburiyyətindədir”.


Oxunub: 521
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 15:47 | Qaymaq faydalıdır, yoxsa zərərlidir? - vacib xəbərdarlıq
    Dünən, 15:36 | Göyçayda su kanalına aşan avtomobildən 84 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
    Dünən, 15:34 | Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Dünən, 15:32 | Qarpız qabığını atmayın: Sağlamlıq üçün faydaları sizi təəccübləndirə bilər
    Dünən, 15:30 | Yeni peşə təhsili ixtisasları yaradıldı
    Dünən, 15:29 | Daha 6 itkin-şəhid dəfn olunacaq - Foto
    Dünən, 15:27 | Bakıda bu 2 avtobus yeniləndi: Gediş haqqı...
    Dünən, 12:38 | Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb
    Dünən, 12:34 | Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
    Dünən, 12:30 | Azərbaycanda 50 min manatlıq yeni cərimə...
    Dünən, 12:26 | Rusiya 5 yerə parçalanacaq - Yeni dövlətlərin adları...
    Dünən, 09:06 | Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? - VİDEO
    Dünən, 09:03 | DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    Dünən, 09:01 | Rusiyada benzin böhranı dərinləşir - Daxili çaxnaşma gözlənilir
    Dünən, 08:58 | Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    29-06-2026, 16:16 | "Haber Global" Bakıda keçirilən Türk Dünyası Həftəsi barədə süjet hazırlayıb - VİDEO
    29-06-2026, 16:13 | Moskvada və bölgələrdə xaos başlayıb – Rusiyanın neft sənayesi çökür
    29-06-2026, 14:39 | Ukrayna sərhədi keçərsə... – Belarusdan xəbərdarlıq
    29-06-2026, 14:36 | Putin narahatdır, Gerasimov prezidenti aldadır
    29-06-2026, 13:27 | Bu türk ölkəsi Gürcüstanla strateji tərəfdaş olur
    29-06-2026, 12:04 | Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    29-06-2026, 12:02 | MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    29-06-2026, 12:00 | Bakı bu gün türk dövlətlərinin məqsədlərinə töhfə verir
    29-06-2026, 11:59 | Arazdəyən yolunda müəmma: daha 3 erməni yandı
    27-06-2026, 23:21 | Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var
    27-06-2026, 23:19 | "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    27-06-2026, 22:44 | Pensiya və müavinətlərlə bağlı mühüm xəbər
    27-06-2026, 22:42 | Türkiyə futbolunda Məsud Özil dövrü başlayır
    27-06-2026, 22:38 | Venesuelada ölənlərin sayı 1430-a çatdı
    27-06-2026, 20:23 | İranda daha bir nəfər edam edildi
    27-06-2026, 19:57 | Mayda çökən körpünün təmiri niyə ləngiyir?
    27-06-2026, 19:55 | Bu, dünya çempionatı yox, fəlakətdir - İran millisinin kapitanı
    27-06-2026, 19:51 | İtkin düşən 11 nəfər tapıldı - DİN
    27-06-2026, 19:48 | İkinci qəbul imtahanı asan olacaq? - Nuri
    27-06-2026, 16:05 | Nəriman Həsənzadənin son durumu...
    27-06-2026, 15:32 | Tehrana zərbələr endirildi
    27-06-2026, 15:29 | Rusiya bu yaşayış məntəqəsini işğal etdi
    27-06-2026, 15:27 | Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
    27-06-2026, 15:01 | General bu vəzifəyə gətirilə bilər
    27-06-2026, 14:59 | “Qarabağ”ın oyunları Sport TV-də!
    27-06-2026, 14:58 | Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
    27-06-2026, 12:44 | Çimərliyə getmək istəyənlərin nəzərinə!
    27-06-2026, 12:43 | "Qarabağ"dan ayrılan Andradenin yeni klubu açıqlandı
    27-06-2026, 12:12 | Leyla və Arzu Əliyevalar Bulvarda gül əkdilər - Foto
    27-06-2026, 12:09 | Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
    27-06-2026, 12:08 | Rusiya və Çin təyyarələri Koreyanın hava sahəsinə yaxınlaşdı
    27-06-2026, 12:05 | DYP hava ilə bağlı sürücülərə müraciət etdi
    27-06-2026, 12:04 | Dörd günlük güclü maqnit qasırğası olacaq
    27-06-2026, 12:02 | Dörd günlük güclü maqnit qasırğası olacaq
    26-06-2026, 09:16 | Sərhədlərə sığmayan şəhərin həqiqətləri: Şuşada illərin yarası necə sağaldı? - VİDEO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.